Qələndərilik — Vikipediya
Qələndərilik — sufi təriqəti
Təriqətin banisi monqol yürüşləri zamanı Səvadan Dəməşqə gəlmiş fars əsilli Cəmaləddin Məhəmməd Yunus əs-Səvaci (vəfatı: 1232-ci il) olmuşdur. Yoxsulluğu, səfilliyi, şəriət qanunlarına münasibətdə biganəliyi təbliğ edən bu sufi təriqətinin mənsubları dinin vacib buyurduğu ibadətlərdən yayınmış və heç vaxt işləməmişlər. Onların hətta şəxsi mülkiyyətləri də olmamışdır.
Qeyri-adi görkəmləri ilə seçilən qələndərilər saçlarını, qaşlarını və kirpiklərini qırxıb, qısa xirqə və iri tüklü papaqlar geyinərmişlər. Onlar boyunlarından ağır bəzəklər asıb, barmaqlarına iri üzüklər taxarmışlar. Təriqət mənsubları yalnız öz xanəgahlarında yaşayar, səfil ömür sürərmişlər.
Qələndərilərin dünyagörüşünə, həyat tərzinə hind inancları və buddizm təsir etmişdir. Müsəlman dünyasının bir çox yerlərində yayılmış bu təriqət zahidliyə meyl edən başqa təriqətlərin dini-fəlsəfi düşüncələrinə təsir göstərmişdir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Ashk Dahlén, The Holy Fool in Medieval Islam: The Qalandariyat of Fakhr al-din Araqi, Orientalia Suecana, vol.52, 2004.