Qadiriyyə — Vikipediya

İslam

İslam tarixi

İmanın şərtləri

TövhidMələklər
KitablarPeyğəmbərlər
MəadAxirət
Qəza ve Taleh

İslamın beş şərti

Kəlmeyi-şəhadətNamaz
OrucHəcc
Zəkat

Etiqad məzhəbləri
ƏşərilərMatüridilərQədərilər (Mötəzililər)CəbrilərMürcilərCəhmiyyəMüşəbbihilərSələfilər
Fiqh məzhəbləri
Sünnilər:
HənəfilərMalikilərŞafiilərHənbəlilər
Yox olmuş məzhəblər:
ZahirilərAuzailərLeysilərSəvrilərCəririlər

Şiələr:
İmamilər (Cəfərilər (ƏxbarilərÜsulilərŞeyxilər)ƏləvilərƏnsarilərQızılbaşlar) • Zeydilər
İsmaililər (QərmətilərXaşxaşilərFəthilərXəttabilər)VaqifiyyəRafizilər (Batinilər)QeysanilərXürrəmilərBaziğiyyəQurabiyyə
Xaricilər:
MühakkiməƏcrədilər (MeymunilərSəələbilər) • ƏzraqilərBəyhəsilərİbadilərNəcdatilərSüfrilər

Həmçinin bax

SufilərYəsəvilikNəqşibəndilikSührəvərdilikXəlvətilikSəfəvilikBayramilikBəktaşilikCəlvətilikCərrahilikÇiştiyyəEhqaqiyəGülşənilikHürufilikKübravilikMəlamətilikMövləvilikNemətullahiyyəNöqtəvilikQələndərilikQadiriyyəRahmaniyyəRifailikRövşənilərSənusilərŞaziliyyəZahidiyyəNüseyrilərDruzlarİslam fəlsəfəsi

Qədiriyyə (fars. قادریه‎) — sufi yönümlü islam təriqəti

Əbdülqadir Geylani (v.562/1166) tərəfindən qurulmuşdur. Əbdülqadir Geylani, Xəzər dənizinin şimali qərbində Gilan əyalətinə bağlı Neyf kəndindəndir. Nəslinin Əliyə dayandığı rəvayət edilir. Təhsilini dövrün elm və irfan mərkəzi olan Bağdadda almışdı. Hədis, fiqh və ədəbiyyat kimi elmlərin arxasınca Əbul-Xeyr Məhəmməd ibn Müslim əd-Dəbbas (v.525/1131) vasitəsilə təsəvvüf yoluna girdi və şeyxinin yeznəsi oldu. Bir müddət təfsir, hədis, fiqh və qiraət elmlərindən dərs dedi. Ancaq daha sonra mədrəsədəki tədris vəzifəsindən ayrılaraq inzivaya çəkildi. Rəvayətə görə, 25 ilə qədər Bağdad və Kərh xarabalıqlarında riyazət və inziva həyatı yaşadı. Nəhayət Əbu Səid Mübarək tərəfindən ona şeyxlik xirqəsi geyindirildi və xalqın arasına qarışaraq irşad xidmətinə başladı.

Əbdülqadir Geylani, əvvəllər Şafii məzhəbinə, daha sonra isə uyğun gördüyü Hənbəli məzhəbinə keçdi və bu məzhəbin müdafiəçisi oldu. Onun, Hənbəli məzhəbinə keçməsi, İbn Teymiyyə kimi təsəvvüfün əleyhinə olan bir alimin belə Əbdülqadir Geylani haqqında gözəl sözlər söyləməsinə imkan yaratmışdır. İbn Teymiyyə də Hənbəli olduğu üçün, Əbdülqadir Geylaninin Cüneyd və Haris Muhasibi kimi şəri hökmlərə həssasiyyətlə bağlı olduğunu ifadə edir.

Abdülqədir Geylaninin təsəvvüfdəki yoluna Qədiriyyə təriqəti deyilir. Təriqətinin xüsusiyyəti, dinin əmr və qadağanlarına uyğun gəlmək, davamlı zikr, Allahı xatırlamaq, könülü Allahdan başqasından qurtarmaqdır.

Abdülqədir Geylani təsəvvüf məlumatlarını hər kəsin anlayacağı şəkildə təqdim etdi. Rəsulullah əfəndimizin bərəkətiylə sözləri çox şirin və təsirli idi. Özləri belə izah edər: Hicri beş yüz iyirmi birinci iliin Şəvval ayının on altısı olan Çərşənbə axşamı günü günortadan əvvəl, Rəsulullah əfəndimizi yuxumda gördüm. "Ey oğlum, nə üçün danışmırsan?" buyurdu. "Atacığım mən xariciyəm. Bağdad fəsihlərinin yanında necə danışaram?" dedim. "Ağızını aç!" buyurdu. Ağızımı açdım. Yeddi dəfə ağızıma sürdü və; "İnsanlarla danış, onları gözəl hikmət və vəzlər ilə Rəbbinin yoluna çağır." buyurdu. Günorta namazını qıldım. Yanımda izdihamlı insanlar gördüm. Nitqim tutuldu. Əli min Əbu Talibi gördüm. Məclisdə mənim qarşımda ayaq üstə dayanır və mənə; "Ey oğulum nə üçün danışmırsan?" deyirdi. "Atacığım! Nitqim, danışmam tutuldu, danışa bilmirəm." dedim. "Ağızını aç." buyurdu. Açdım. Altı dəfə sürdü "Nə üçün yeddiyə tamamlamadınız?" dedim. "Rəsulullaha qarşı olan ədəbimdən." buyurdu və gözdən itdi. Bundan sonra ən fəsih bir dillə danışmağa başladım.

Bir gün, minbərdə oturmuş vəz edirdi. Birdən sürətlə ən son pilləyə endi. Ayaqda, əlini əlinin üstünə qoyaraq, təvazökar bir şəkildə dayandı. Bir müddət sonra minbərə çıxdı. Köhnə yerinə oturdu və vəzinə davam etdi. Oradakılardan biri, nə oldu deyə sual edincə; "Cəddim Rəsulullahı gördüm. Gəldi və minbər qarşısında dayandı. Həya edib, son pilləyə endim. Qalxıb, getməyə başlayınca, mənə yerimə oturmamı və insanlara vəz etməmi əmr etdi." dedi.

Söhbətlərində bəzən bir neçə adam coşaraq özündən keçərdi. Həftədə üç gün, cümə, çərşənbə axşamıbazar ertəsi gecəsi xalqa vəz edərdi. Vəzində, alim və övliyadan şəxslər də olar, hamısı böyük bir dinclik içərisində dinlərlərdi. Qırx il belə davam etdi. Soruşulan suallara çox açıq və doyurucu cavablar verərdi. Dərs və fətva verməyə iyirmi səkkiz yaşında başlamış olub, bu hal altmış yaşına qədər davam etdi. Hüzurunda Qurani Kərim qüsursuz, çox sadə, təcvidə riayətlə oxunardı.

Dərin elm sahibi idi. On üç növ elmdə dərs verərdi. Səhərikindidən sonra təfsir, hədisfiqh; günortadan sonraları Qurani Kərim və qiraət dərsləri oxudardı. Axşam və səhər isə, üsulu fiqh ilə nahv, ərəbi cümlə məlumatı verərdi. Onun bərəkətiylə tələbələr tez irəliləyərdi.

Əbu Məhəmməd Həşşab deyər ki: "Gənckən zəif oxuyurdum. Mənə bir gün Abdülqədir Geylaninin vəzlərində çox təsirli danışdığını söylədilər. Vaxt tapa bilmədiyim üçün gedə bilməzdim. Nəhayət bir gün vəz verdiyi yerə getdim. Məni görüncə; "Bizim söhbətimizdə ol, səni Sibəveyh edək." dedi. O gündən sonra yanından ayrılmadım. Din məlumatlarında və ağılı elmlər deyilən digər köməkçi elmlərdə çox istifadə etdim. "

Bir gün biri hüzurunda Qurani Kərim oxudu. Abdülqədir Geylani ayəti kərimələri təfsir etməyə başladı. Qırx şəkildə təfsir etdi və hamısının dəlilini göstərdi. Orada olanlar tək on bir təfsiri anlaya bildi və dinləyənləri heyrətləndirdi. Sonra; "Sözü burada buraxıram. İndi sözü tövhidə gəldik "lə ilahə illəllah"" dedi. Bunları söyləyər söyləməz camaatı bir hal örtdü, hamısı özlərindən keçdi.

Əvvəl lazım olan din məlumatlarını öyrənməyi tövsiyə edərdi. Cubbai adındakı bir şəxs izah edər: "Övliyanın həyatından və sözlərindən bəhs edən ərəbi Hilyət-ül-Övliya kitabını birindən dinləmişdim. Ürəyim yumşaldı və xalqdan uzaqlaşıb tək ibadətlə məşğul olmaq istədim. Gedib Abdülqədir Geylaninin arxasında namaz qıldıqdan sonra hüzurunda oturdum. Mənə baxıb; "Əgər inzivaya çəkilmək istəsən, əvvəl elm, sonra da mürşidi kamillərin hüzurunda ədəb öyrən. Daha sonra inzivaya, tək ibadətə başla. Yoxsa, ibadət edərkən dində bilmədiyin bir şeyi öyrənmək lazım olar da, yerindən ayrılmaq vəziyyətində qalarsan." buyurdu.

Abdülqədir Geylaninin şöhrəti hər tərəfi örtüncə, Bağdadın irəli gələn alimləri, hər biri bir məsələ soruşub sınamaq üçün hüzuruna gəlib oturdular. Bu əsnada Abdülqədir Geylaninin sinəsindən ancaq ürək gözü açıq olanların görə bildiyi bir nur çıxdı və alimlərin sinəsindən keçib getdi. Alimləri bir hal örtdü. Bunun üzərinə onları tək-tək bağrına basdı və indi suallarınızı sorun buyurdu. Hər biri suallarını soruşub, dərhal cavabını aldı. Onlara; "Sizə nə oldu belə?" deyildiyində; "Hüzurunda oturduğumuzda, bütün bildiklərimizi unutduq. Bizi bağrına basınca unutduqlarımızı təkrar xatırladıq. Suallarımızı soruşduqda, elə cavablar aldıq ki, heyrətdə qaldıq." dedilər.

Əbu Səid Kiləvi belə izah etmişdir: "Mən, Abdülqədir Geylaninin məclisində ikən, Rəsulullah əfəndimizi gördüm. Bir dəfə də Xıdır əleyhissalamı görmüşdüm. "Hər kim dünyada qurtuluşa çatmaq və səadətə qovuşmaq istəsə, Şeyx Abdülqədirin məclisinə davam etsin!" buyurmuşdu."

İbni Kudamə belə söyləmişdir: "1166 (H. 561) ildə Bağdada girdiyimizdə, Abdülqədir Geylanini elmin zirvəsinə yüksəlmiş gördük. O, elmi ilə əməl edər, özünə soruşulan çətin suallara doyurucu cavablar verərdi. Bütün gözəl xasiyyətlərə və üstün xüsusiyyətlərə sahib idi. Onun kimi bir şəxsə daha heç rast gəlmədik."

Dinə uyğun olmayan bir şeyə icazə verməzdi. Bir gün yanında; "Filan çox ibadəti və kəramətləri ilə məşhurdur." deyə danışıldı və bu arada; "Mən dərəcə baxımından Yunus əleyhissalamı keçdim." dediyi nəql edildi. Bunu eşidincə üzündə hirs əsərləri görüldü…

Çox səbirli idi. Tələbələrinin suallarını qızmadan cavablandırar, dərsi gec anlayanlara səbirlə izah edərdi. Ubey adında, izah edilənləri çətin qavrayan bir tələbə vardı. Bir gün dərs əsnasında ibn-üs-Semhal adında bir şəxs gəlmişdi. Abdülqədir Geylaninin onun dərsi gec anlamasına qarşı göstərdiyi dözümə heyran qaldı. O tələbə dərsini alıb çıxdıqdan sonra, göstərdiyi səbrə heyrətləndiyini söyləyincə, Abdülqədir Geylani ; "Bir həftə daha yorulacağam, ondan sonra vəfat edəcəyəm." buyurdu. Dediyi kimi bir həftəsonunda dünya ölçüsündəki görünüşündən sıyrıldı!

Qadiriyyənin Əşrəfiyyə, Rumiyyə, Xalisiyyə, Qəribiyyə, Hilaliyyə, Yafiiyyə, Əsədiyyə və Əkbəriyyə kimi qolları vardır.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]