Mahmud Urməvi — Vikipediya

MAHMUD URMƏVİ
Doğum yeri Urmiya
Vəfat səbəbi Qətlə yetirilib

Mahmud Urməvi — mənşəcə Azərbaycan türklərindən olan XVII əsr sufi alimi.

Əziz Mahmud Urməvi XVII əsrin əvvəllərində Urmiyada yaşamış və daha sonralar Diyarbəkirə köçüb yerləşmiş bir nəqşibəndi ailəsinin ən məşhur şeyxidir. Atası Seyid Əhməd də nəqşi şeyxi olub . Onlar Səfəvi üsuli-idarəsinin təzyiqlərinə görə Diyarbəkirə gəlib yerləşmişdilər. Yaxşı bir elm təhsili alan Əziz Mahmudun təsiri Şərqi Anadoluda geniş yayılmış, Ərzurum, İrəvan, Urfa, TəbrizMosul ətrafında minlərlə müridi olmuşdur. Sultan IV Murad tərəfindən Bağdad səfəri zamanı şeyxin o ətrafdakə təsirinin genişliyindən qorxaraq qətlə yetirmişlər.