Qisasçılar: Altron dövrü — Vikipediya
Qisasçılar 2 Altron dövrü | |
---|---|
Avengers: Age of Ultron | |
| |
Janr | elmi fantastika, macəra, superqəhrəman |
Əsas mövzu | süni intellekt |
Rejissor | Coss Uidon |
Prodüser | Kevin Fayqi |
İcraçı prodüser | Sten Li |
Əsərin müəllifləri | Sten Li və Cek Körbinin "Qisasçılar" komiksi |
Ssenari müəllifi | Coss Uidon |
Baş rollarda | Robert Dauni Kris Hemsvort Mark Ruffalo Kris Evans Skarlet Yohansson Ceremi Renner Don Çidl Aron Teylor-Conson Elizabet Olsen Pol Bettani Kobi Smolders Entoni Maki Heyli Etvell İdris Elba Stellan Skarsqord Ceyms Spayder Seymuel L. Cekson |
Operator |
|
Bəstəkarlar | Brayan Tayler Denni Elfman |
Geyim rəssamı | Aleksandra Birne[d] |
Montajçı | Ceffri Ford[d] |
İstehsalçılar | Marvel Studios (distribütor) |
Distribütor | Fórum Hungary[d][1], Walt Disney Studios Motion Pictures[d], Disney+ |
İlk baxış tarixi | 13 aprel 2015 (Dolbi teatrı) 1 may 2015 (ABŞ) |
Müddət | 141 dəq. |
Büdcə | 316 milyon $ (tam) 267,4 milyon $ (dəqiq) |
Gəlir | 1,405 milyard $ |
Ölkə | ABŞ |
Dil | ingilis |
İl | 2015 |
Əvvəlki film | Qisasçılar |
Sonrakı film | Qisasçılar: Sonsuzluq savaşı |
Rəng | rəngli |
Çəkiliş yeri | Cənubi Afrika Respublikası, Seul[2], London, Çittaqonq[2], Yohannesburq[2] |
IMDb | ID2395427 |
Vikianbarda əlaqəli mediafayllar |
Qisasçılar 2: Altron dövrü (ing. Avengers: Age of Ultron) – 2015-ci il istehsalı ABŞ superqəhrəman filmi. Marvel Comics nəşriyyatının Qisasçılar superqəhrəman komandasına əsaslanan filmin istehsalçısı Marvel Studios, distribütori Walt Disney Studios Motion Pictures-dir. Film 2012-ci il istehsalı "Qisasçılar" filmi üçün sikvel təşkil edir və Marvel Kinematoqrafiya Kainatının 11-ci filmidir. Filmin rejissoru və ssenaristi Coss Uidondur. Filmin aktyor heyətinə Robert Dauni, Kris Hemsvort, Mark Ruffalo, Kris Evans, Skarlet Yohansson, Ceremi Renner, Don Çidl, Aron Teylor-Conson, Elizabet Olsen, Pol Bettani, Kobi Smolders, Entoni Maki, Heyli Etvell, İdris Elba, Stellan Skarsqord, Ceyms Spayder və Samuel L. Cekson daxildir. Filmdə Qisasçılar komandası dünyada kütləvi qırğına səbəb olmaq istəyən süni intellekt Altronu dayandırmağa çalışır.
Film 2012-ci ilin mayında – "Qisasçılar" filminin uğurlu buraxılışından sonra anons edilmişdir. Avqust ayında birinci filmin rejissoru Uidon ikinci filmin də rejissoru seçilmiş və buraxılış tarixi müəyyənləşdirilmişdir. 2013-cü ilin aprelinə qədər Uidon ssenarini yazıb tamamlamışdır. İyun ayında Dauni ilə yeni müqavilənin imzalanması ilə birlikdə aktyor seçimi başlamışdır. İkinci dərəcəli çəkilişlər 2014-cü ilin fevralında Cənubi Afrikada başlamışdır. Əsas çəkilişlər isə 2014-cü ilin mart-avqust ayları arasında baş tutmuşdur. Filmin əsas çəkilişlərinin baş tutduğu məkan İngiltərənin Surrey qraflığında yerləşən Shepperton Studios olmuşdur. Bundan əlavə, film İtaliya, Cənubi Koreya, Banqladeş, Nyu-York və İngiltərənin müxtəlif yerlərində çəkilmişdir. İstehsaldan sonra film 3D formatına salınmış və 3000-dən çox vizual effekt əlavə edilmişdir.
"Qisasçılar: Altron dövrü" filminin premyerası 13 aprel 2015-ci ildə Los-Ancelesdə baş tutmuşdur. Şimali Amerikada 1 may 2015-ci ildə 3D və IMAX 3D-də buraxılmışdır. Film tənqidçilərin müsbət rəylərini almışdır. Bütün dünyada əldə etdiyi gəlir 1,4 milyard ABŞ dolları təşkil etmiş, nəticədə kinematoqrafiya tarixinin ən çox gəlir edən yeddinci, 2015-ci ilin isə ən çox gəlir edən beşinci filmi olmuşdur. "Qisasçılar: Sonsuzluq savaşı" adlı birinci sikvelin 4 may 2018-ci ildə, başlığı olmayan ikinci sikvelin isə 3 may 2019-cu ildə buraxılması planlaşdırılır.
Məzmun
[redaktə | mənbəni redaktə et]Şərqi Avropa ölkəsi Sokoviyada Qisasçılar – Toni Stark, Stiv Rocers, Tor, Brüs Benner, Nataşa Romanova və Klint Barton əvvəllər Lokiyə məxsus olan əsa ilə insanlar üzərində təcrübələr aparan baron Volfqanq fon Strakerin komandirlik etdiyi Hidra bazasına basqın edirlər. Onlar döyüş zamanı təcrübələrin məhsulu olan iki əkizlə qarşılaşırlar: supersürətə malik Pietro Maksimov və zehni ilə əşyaları manipulyasiya edən Vanda Maksimov. Qisasçılar Strakeri yaxalayırlar və Stark Lokinin əsasını götürür.
Stark və Benner əsanın içindəki daşda süni intellekt olduğunu kəşf edirlər və ondan "Altron" qlobal müdafiə proqramında istifadə etməyə qərar verirlər. Lakin Altron dünyanı xilas etmək üçün əvvəlcə bəşəriyyəti məhv etməyin doğru olduğuna inanır. JARVIS-i məhv edir və Qisasçılara hücum edir. Lokinin əsasını özü ilə aparan Altron Sokoviyada Strakerin bazasında öz ibtidai bədənini inkişaf etdirir və robot dronlarından ibarət ordu hazırlayır. Bu zaman Starkın silahları üzündən ölən valideynlərinin qisasını almaq istəyən Maksimovlar Altrona qoşulurlar. Onlar Vakanda vibraniumu əldə etmək üçün silah alverçisi Uliss Klonun yanına gedirlər. Qisasçılar Altron və Maksimovlara hücum edirlər, lakin Vanda zehin kontrolu ilə onları çaşdırır və Halkın şəhər əhalisinə hücum etməsinə səbəb olur. Dəmir adam Halkı antiHalk zirehi ilə dayandırmağa məcbur olur.
Vəziyyəti müzakirə etmək və dincəlmək üçün komanda təhlükəsiz bir evə – Klint Bartonun şəhərqırağında yerləşən və ailəsinin də qaldığı evə yollanır. Tor qarabasmalarında gördüyü apokaliptik gələcəyin mənasını araşdırmaqdan ötrü Dr. Erik Selviq ilə məsləhətləşməyə gedir. Romanova və Benner bir-birilərinə qarşı hislərinin olduğunu etiraf edirlər və qaçmağı müzakirə edirlər, lakin bu fikirdən əl çəkirlər. Nik Furi özünü çatdırır və komandanı Altronu dayandırmaq üçün cəsarətləndirir. Seulda Altron Qisasçıların dostu olan Dr. Elen Çonu xüsusi texnologiyasından istifadə etməyə məcbur edir. Altron vibranium və əsanın daşından istifadə edərək özü üçün yeni bədən hazırlamaq fikrindədir. Altron özünü yeni bədənə yükləmək istəyəndə Vanda onun zehnini oxuyur və məqsədinin bəşəriyyəti məhv etmək olduğunu anlayır. Maksimovlar Altrona qarşı çevrilirlər. Rovers, Barton və Romanova Altronu tapıb yeni bədənini ələ keçirirlər, lakin Altron Romanovanı özü ilə aparır.
Stark JARVIS-i Altronun hazırladığı yeni bədənə yükləmək istəyir, lakin Qisasçılar bu barədə qızğın mübahisə aparırlar. Bu zaman Tor özünü çatdırır və ildırım gücündən istifadə edərək bədəni aktivləşdirir. Tor başa salır ki, onun alnındakı daş Sonsuzluq daşlarından biridir. Vijn və Maksimovlar Qisasçılara qoşulurlar. Altron Sokoviyada qalan vibraniumdan istifadə edərək paytaxt şəhərini göyə qaldırmaq və meteorit effekti ilə kütləvi qırğına səbəb olmaq üçün mexanizm düzəldir. Benner Romanovanı xilas edir və döyüşmək üçün Halka çevrilir. Qisasçılar Altronun ordusuna qarşı döyüşürlər. Furi Helikarrierdə özünü çatdırır və vətəndaşların evakuasiyası başlanır. Ceysm Rouds, Mariya Hill və SHIELD də döyüşə qoşulur. Pietro Bartonu qorumağa çalışarkən ölür və hiddətlənmiş Vanda Altronu öldürmək üçün postunu tərk edir. Nəticədə, dronlardan biri mexanizmi aktivləşdirməyə macal tapa bilir. Şəhər düşməyə başlayır, lakin Stark və Tor şəhəri parçalayırlar. Daha sonra Halk Kvinjetdə naməlum istiqamətə yollanır, Vijn isə Altronun salamat qalmış son bədənini məhv edir.
Qisasçılar yeni baza qururlar, Tor Asqarda qayıdır, Stark Qisasçıları tərk edir, Klint isə karyerasını bitirir. Rocers və Romanova Qisasçıların yeni üzvlərini təqdim edirlər: Rouds, Vijn, Sem Vilson və Vanda.
Post-kredits səhnəsində əlaltılarının uğursuzluqlarından məmnun qalmayan Tanos Sonsuzluq əlcəyini geyinir və Sonsuzluq daşlarını özü tapmağa and içir.
Rollarda
[redaktə | mənbəni redaktə et]- Robert Dauni Toni Stark / Dəmir adam rolunda:
- Qisasçılar komandasının "baş sponsor"u dahi, milyoner, pleyboy və elektromexanik dəmir zirehlər hazırlayan superqəhrəman. Dəmir adam 3" filmində baş verən hadisələrdən sonra personajın inkişafı barədə Dauni deyir: "O hesab edir ki, dünyadakı bütün mümkün zirehləri hazırlamaq belə, hələ də dünyadanı qorumaq kimi bir vəzifəni yerinə yetirməsinə kömək etməyəcək. Buna görə də onda posttravmatik stress pozuntusunun izlərini görmək olar.
- Kris Hemsvort Tor rolunda:
- Qisasçı və Asqardın taxtına namizəd olan ildırım tanrısı. Torun filmdəki yeri barədə Hemsvort qeyd edir ki, "Tor 2: Zülmət aləmi" filmindən bəri Tor Yerdədir və artıq burda özünü evdəki kimi hiss etməyə başlayıb. Altronun hücumunu isə şəxsi məsələ kimi görür. Hemsvort bildirir ki, personaja yeni elementlər qazandırmaq və özünü təkrarlamamaq üçün gərgin çalışmalıydı. Hemsvort bunu da qeyd edir ki, Torun bu filmdəki motivasiyası tamamilə fərqli idi, belə ki, ilk dəfə idi ki, bir Marvel Kinematoqrafiya Kainatı filmində Tom Hiddlstonun Loki personajına qarşı döyüşmürdü.
- Mark Ruffalo Brüs Benner / Halk rolunda:
- Qisasçı və dahi alim. Qamma radiasiyasına məruz qaldığından hirslənəndə yaşıl bədheybətə çevrilir. Roluna hazırlaşmaq üçün Ruffalo hərəkət yaxalama sənətçisi Endi Serkisin The Imaginarium Studios-u ilə birlikdə işləmişdir. Ruffalo qeyd edir ki, əvvəlki filmdən bəri onun personajı inkişaf edib və kompeksi bir qədər azalıb. Ruffalo başa salır ki, artıq Halk ilə Benner arasındakı ziddiyyətlər ortadan qalxıb: "Əla bir şey baş verib: Halk Bennerdən nifrət edir, Benner isə Halkdan nifrət edir... və onlar bir-biriləri ilə sülh bağlamağa qərar veriblər."Londonda baş tutan çəkilişlər zamanı Ruffalo bildirmişdi ki, Uidon hələ ki, Halkın danışmasını istəmir. Uidon başa salır ki, o, Halkın dialoqlarını kortəbii yazır: "Bu, ona belə çətindir ki, Halk superqəhrəman olanda belə ona bir bədheybət kimi davranmalı olursan. Sən isə əksini istəyirsən... Sual budur ki, o, necə dəyişib? Halkla bağlı dəyişiklikləri necə göstərə bilərik? Və bu sadəcə ssenaridə olmamalıdır, anbaan olmalıdır."
- Kris Evans Stiv Rocers / Kapitan Amerika rolunda:
- Qisasçıların lideri və İkinci dünya müharibəsi veteranı. Bədəninə yeridilən zərdab nəticəsində superəsgərə çevrilmiş, bir qəza nəticəsində 70 il donmuş halda qaldıqdan sonra müasir dünyada yenidən oyanmışdır. Evans qeyd edir ki, "Birinci qisasçı: Başqa müharibə" filmində SHIELD-in çöküşündən sonra Rocers hərbi həyat yaşamadan Qisasçı komanda yoldaşlarına bağlı buraxıldı və "hazırda hara aid olduğunu başa düşməyə çalışır: sadəcə əsgər və Kapitan Amerika kimi yox, Stiv Rocers kimi, bir şəxs kimi". Evans qeyd edir ki, o, "Birinci qisasçı: Başqa müharibə" filmində Kapitan Amerika üçün inkişaf etdirdiyi bədəni gündə bir saat boyunca çöldə məşq etməklə saxlamağı bacarıb. Kapitan Amerikanın döyüş stili barədə isə Evans deyir ki, kapitanın bacarıqlarının "Birinci qisasçı: Başqa müharibə" filmindənkindən heç də geri qalmasını istəmir.
- Qisasçı və əvvəllər SHIELD üçün işləmiş usta casus. Prodüser Kevin Fayqi bildirmişdi ki, bu filmdə Qara dulun keçmişinə daha çox əhəmiyyət verilib. Yohansson əlavə edir: "Qisasçılar 2-də biz keçmişə gedirik... Qara dulun keçmişi haqqında daha çox öyrənirik və indi gördüyümüz şəxsə necə çevrildiyini başa düşürük. Onun şəxsiyyətini dərin, qaranlıq keçmiş formalaşdırır və bu keçmiş bizə bəzi şeyləri bir az öyrənməyə imkan verir". Filmin Qara dulun keçmişindən bəhs edən hissəsi haqqında Yohansson qeyd edir ki, bu, "Birinci qisasçı: Başqa müharibə" filmində göstərilən şəxsiyyətinin davamıdır: "[Qara dul] heç vaxt öz seçimini etməyib. [O,] digər insanların tapşırıqlarının məhsuludur. Bu, onu haqlamaq üzərədir. Bu, ondan böyük təsir buraxan yaradır... Siz onun fəal sürətdə həyatda daha yaxşısı və ya daha pisi üçün seçimlər edəcəyini görəcəksiniz". Yohanssonun hamiləliyini gizlətmək üçün yaxın çəkilişlərdən, xüsusi kostyumlardan, dublyorlardan və vizual effektlərdən istifadə olunmuşdur.
- Ceremi Renner Klint Barton / Şahingöz rolunda:
- Qisasçı, usta oxçu və keçmiş SHIELD casusu. Uidon qeyd edir ki, Şahingöz birinci filmdən fərqli olaraq bu filmdə digər personajlarla daha çox ünsiyyətdə olur. Belə ki, birinci filmdə personaj çox erkən "pis adam" tərəfindən ələ keçirilmiş və onun əlaltısı kimi davranmalı olmuşdu. Personaj Marvel Kinematoqrafiya Kainatının ikinci faza filmlərinin heç birində görsənmədiyindən Uidon qeyd edir ki, "Altron dövrü" filmi personajın birinci filmdən sonra nə etdiyini gün üzünə çıxaracaq. Renner personajı "tənhalığı sevən adam" kimi təsvir edir: "Onun komanda oyunçusu ola bilməməsinin bir səbəbi olmamalıdır. O əslində komanda adamı deyil. Kapitan Amerika belə adam ola bilər. "Alton dövrü"ndə Şahingözün niyə belə fikirləşdiyini başa düşəcəksiniz.
- Don Çidl Ceyms Rouds / Müharibə maşını rolunda:
- ABŞ Hərbi Hava Qüvvələrinin zabiti və Toni Starkın yaxın dostu. Müharibə maşını zirehini idarə edir.
- Qırmızı cadugərin supersürətdə hərəkət edə bilən əkiz qardaşı. Teylor-Conson qeyd edir ki, personajı xarakterizə edən əsas fakt onun və bacısının ailəsi tərəfindən tərk edilməsi və Şərqi Avropada bir-birilərinin qayğısına qalmağa məcbur olmalarıdır. Teylor-Conson həmçinin demişdir ki, bacısını qorumağa həddən artıq meyillidir və "real qəzəb pozulması"na malikdir, bu isə onun asan darıxmasına səbəb olur. Fayqi bildirmişdir ki, Civənin bacısı ilə münasibətini və Şərqi Avropadakı keçmişini araşdırmaq onu İks-adamlar: Gələcəyin keçmiş günləri filmində Evan Pitersin canlandırdığı personajdan fərqləndirməyə kömək edəcək. Teylor-Conson qeyd etmişdir ki, Civə üçün inkişaf etdirdiyi qaçış stili bir çox təkrardan sonra ortaya çıxmışdır: "Yoxladığımız ilk qaçış stili təkölçülü və darıxdırıcı idi. Lakin sən sərbəst qaçışdan istifadə etsəydin, bu lap Kapitan Amerikanın stili olardı. Bacarıq dünyasında öz xüsusi yerini tapmalıydın". Qaçışısına "həyat" vermək məqsədilə Teylor-Conson səhnələrinin çoxu başqa məkanlarda çəkilmişdir.
- Civənin əkiz bacısı. Hipnoz və telekinetika kimi bacarıqlara malikdir. Olsen bildirmişdir ki, Vanda "həddən artıq stimullaşdırılmış"
İstehsal
[redaktə | mənbəni redaktə et]İstehsaldan öncəki dövr
[redaktə | mənbəni redaktə et]Çəkilişlərə hazırlıq
[redaktə | mənbəni redaktə et]Çəkilişlər
[redaktə | mənbəni redaktə et]İstehsaldan sonra
[redaktə | mənbəni redaktə et]Musiqi
[redaktə | mənbəni redaktə et]Yayımlanması
[redaktə | mənbəni redaktə et]Marketinq
[redaktə | mənbəni redaktə et]Media
[redaktə | mənbəni redaktə et]Qiymətləndirmə
[redaktə | mənbəni redaktə et]Gəlir
[redaktə | mənbəni redaktə et]Tənqidçilərin mövqeyi
[redaktə | mənbəni redaktə et]Mükafat və nominasiyalar
[redaktə | mənbəni redaktə et]Davam filmləri
[redaktə | mənbəni redaktə et]"Qisasçılar: Sonsuzluq savaşı" və başlığı hələ məlum olmayan bir Qisasçılar filmi "Qisasçılar: Altron dövrü" filmi üçün sikvel təşkil edəcək. Bu filmlərin rejissorları Russo qardaşları, ssenaristləri Kristofer Markus və Stiven Makfilidir."Sonsuzluq savaşı"nin premyera tarixi 4 may 2018-ci il, ikinci filmin premyera tarixi 3 may 2019-cu ildir. Dauni, Evans, Hemsvort, Ruffalo, Olsen, Bettani, Yohansson, Hiddlston, Brolin, Maki, Çidl, "Sonsuzluq savaşı"ndə də öz rollarını ifa edəcəklər: Dəmir adam, Kapitan Amerika, Tor, Halk, Qırmızı cadugər, Vijn, Qara dul, Loki, Tanos, Şahin, Müharibə maşını, Şahingöz və Furi. Bundan əlavə, Kris Prett, Zoi Saldana, Pom Klementeff, Karen Gillan, Deyv Batista, Bredli Kuper, Vin Dizel, Benedikt Kamberbetç, Sebastian Sten, Tom Holland, Çedvik Bouzman və Pol Radd da bu filmdə çıxış edəcəklər: Piter Kvill / Ulduz Lordu, Qamora, Mantis, Nebula, Məhvedici Draks, Reaktiv Yenot, Qrut, Doktor Strenc, Baki Barns / Qış əsgəri, Piter Parker / Hörümçək-adam, T'Çalla / Qara Pantera, Skott Lenq / Qarışqa-adam.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- marvel.com/avengers — Rəsmi saytı
- Qisasçılar: Altron dövrü — Internet Movie Database saytında