Tap Qaraqoyunlu — Vikipediya
Tap Qaraqoyunlu | |
---|---|
40°25′42″ şm. e. 46°46′14″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 503 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Tap Qaraqoyunlu — Azərbaycan Respublikasının Goranboy rayonunun Tap Qaraqoyunlu kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 31 may 2010-cu il tarixli, 1018-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun Tap Qaraqoyunlu kənd inzibati ərazi dairəsi tərkibindəki Tap Qaraqoyunlu kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 133,84 ha torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazisinə verilmişdir.[2]
İkinci Qarabağ müharibəsinə qədər kənd təcavüzkar ermənilər tərəfindən tez-tez atəşə tutuldu.[3][4][5]
Tarixi
[redaktə | vikimətni redaktə et]Kənd Qarabağ müharibəsi dövründə döyüşlərin getdiyi ərazilərə çox yaxın olduğundan Ermənistan ordusu bir neçə dəfə bura da hücum etmişdir. Lakin kəndi işğal etmək onlara nəsib olmadı. Müharibə dövründə və atəşkəsdən sonrakı 17 il ərzində Tap-Qaraqoyunlu kəndinin 38 sakini həlak olmuşdur.[6] 2010-cu ilin oktyabrın 14-də Tap Qaraqoyunlu kəndində Azərbaycan ərazisindəki ikinci ən hündür bayrağın təntənəli açılışı olub. Dayaq hündürlüyü 65 metr olan bayrağın uzunluğu 18, eni isə 9 metrdir. Ölkənin yenilməz simvolu sayılan Azərbaycan bayrağı işğal altındakı ərazilərdən də aydın görünür. Kompleksin inşasını Dövlət Neft Şirkəti həyata keçirib və bu münasibətlə şirkətin prezidenti Rövnəq Abdullayev Tapqaraqoyunlu kəndinə gəlib. Rövnəq Abdullayev bütün cəbhəyanı ərazilərdə Azərbaycan bayrağının yüksəldiləcəyini və bu istiqamətdə işlərin getdiyini bildirib. Bundan başqa neft şirkətinin vəsaiti hesabına tezliklə İncəçay üzərində nasos stansiyası quraşdırılacaq və kəndin suvarma problemi tam olaraq həllini tapacaq.[7]
Toponimikası
[redaktə | vikimətni redaktə et]Kənd dağətəyi ərazidədir. Yerli məlumata görə, yaşayış məntəqəsini XIX əsrin ortalarında Ermənistan ərazisində mövcud olnuş Darlıq Qaraqoyunlu (indiki Kranoselo) və Pəmbək (indiki Qarqar) kəndlərindən gəlmiş ailələr özlərinə məxsus binə yerində salmışlar. Kəndi qaraqoyunlu tayfasına mənsub ailələr Tap deyilən yerdə saldığına görə belə adlandırılmışdır.[8]
Əhalisi
[redaktə | vikimətni redaktə et]2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2117 nəfər əhali yaşayır.[9] Kəndin əhalisi 2415 nəfərdir. Burada həm yerli, həm də müharibə nəticəsində torpaqlarından qovulmuş azərbaycanlılar məskunlaşıb.
Görkəmli şəxsləri
[redaktə | vikimətni redaktə et]- İsgəndərov Fərrux Paşa oğlu — Həkim, Xeyriyyəçi.
- Niyazi Aslanov (1960–1992) — Azərbaycanın Milli Qəhrəmanı.
- Nizaməddin Quliyev — Ağstafa Rayon İcra Hakimiyyətinin və Goranboy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı.
- İsmayıl Qarayev — Yazıçı, publisist.
- Xanım İsmayılqızı — Şairə, bəstəkar.
- Vəsimə İsmayılqızı — Yazıçı, publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
İqtisadiyyatı
[redaktə | vikimətni redaktə et]Qarabağ müharibəsi dövründə kəndin bir çox infastrukturu ziyan görüb. Son illərdə kənddə infastrukturun bərpa olunması işləri gedir. 2011-ci ilin əvvəlində kənddə olan bütün evlər tam olaraq qazlaşdırılıb.[10]
3 oktyabr 2021-ci ildə Prezident İlham Əliyev Tərtər rayonunda Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlqoyma mərasimində iştirak edib. 4 yaşayış məntəqəsini birləşdirən yolun ümumi uzunluğu 22 kilometr təşkil edəcək. Avtomobil yolunun 19 km-lik hissəsi II, 3 km-lik hissəsi isə IV texniki dərəcəyə uyğun inşa edilir. Müvafiq olaraq yolun layihə üzrə hərəkət hissəsinin eni 19 km-lik hissədə 9 metr, 3 km-lik hissədə isə 6 metr, torpaq yatağının eni 13 və 10 metr, çiyin hissələrin eni isə 2x2 metr təşkil edəcək. Yolun Tapqaraqoyunlu hissəsində İncəçay üzərində yeni avtomobil körpüsünün tikintisi də icra olunacaq.[11]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan Respublikasının Goranboy rayonunun və Naftalan şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 31 may 2010-cu il tarixli, 1018-IIIQ saylı Qərarı". 22 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 August 2022.
- ↑ ERMƏNİLIƏR BU DƏQİQƏLƏRDƏ TAPQARAQOYUNLU KƏNDİNİ GÜLLƏBARAN EDİR[ölü keçid]
- ↑ Tapqaraqoyunlu yenə gülləbaran edildi[ölü keçid]
- ↑ Ermənilər Goranboyu atəşə tutdular[ölü keçid]
- ↑ Minaya düşən Goranboy sakini dəfn olundu[ölü keçid]
- ↑ "Azərbaycan bayrağı cəbhə xəttinin 300 metrliyində – tia.az". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-04.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
- ↑ ARDNŞ prezidenti cəbhəyanı kəndə qaz verilməsi mərasimində iştirak edib[ölü keçid]
- ↑ Talış kəndinə gedən yolda genişmiqyaslı tikinti işləri aparılır - FOTO