Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi — Vikipediya
Bu səhifədə iş davam etməkdədir. |
Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Bakı şəhəri |
Yerləşir | Xətai rayonu |
Tikilmə tarixi | 8 noyabr may 2024-cü il |
Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi — Vətən müharibəsində qələbənin şərəfinə Bakı şəhərində yaradılmış abidə-kompleks.[1] Kompleksin tərkibinə Zəfər Muzeyi, Zəfər Parkı və Hərbi Qənimətlər Parkı daxildir. Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi 2020-ci il dekabrın 3-də Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmışdır.
Tarixi
[redaktə | mənbəni redaktə et]27 sentyabr 2020-ci ildə Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində Azərbaycan ordusunun onlara cavabı ilə İkinci Qarabağ müharibəsi başladı.[2][3][4] Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl,[5][6] 17 oktyabrda Füzuli,[7][8] 20 oktyabrda Zəngilan,[9][10] 25 oktyabrda Qubadlı[11][12] və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir.[13][14][15] Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması razılığı əldə edildi.[16]
2020-ci il noyabrın 20-də Ağdam,[17] noyabrın 25-də Kəlbəcər,[17] dekabrın 1-də Laçın rayonları[18] azad olundu.
Yaradılması
[redaktə | mənbəni redaktə et]2020-ci il dekabrın 3-də Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” sərəncam imzaladı.[19] Elə həmən gün prezident Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında sərəncam imzaladı.[20] Sərəncama əsasən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yeri və layihələndirilməsi ilə bağlı təkliflərini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməsi tapşırığı verilmişdi. Həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay müddətində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin layihələndirilməsi və tikintisinin maliyyələşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli idi.[20]
Hərbi qənimətlər parkı
[redaktə | mənbəni redaktə et]Zəfər parkı
[redaktə | mənbəni redaktə et]2024-cü il noyabrın 8-də kompleksdə Zəfər parkının açılış mərasimi keçirilib. Açılış tədbirində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev iştirak edib. Dövlətimizin başçısı burada Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaldıb. Sonra parkdakı Zəfər abidəsinin önünə əklil və gül dəstələri qoyulub.
Kompleksdə Zəfər tağı, Zəfər abidəsi, ərazisi 10 hektara yaxın olan park, onun aşağısında Zəfər muzeyi yaradılıb. Burda şəhərə gedən iki yolun kəsişməsində Zəfər tağı inşa olunub. Tağ müasir üslubda inşa edilib. Onun hündürlüyü 44 metr, sütunlarının sayı da 44-dür. Parkda muzeydə bir çox önəmli rəmzlər nümayiş etdirilir.[21]
Zəfər Muzeyi
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "İlham Əliyev Bakıda Zəfər parkının açılışında iştirak edib". 2024-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-08.
- ↑ "Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu genişmiqyaslı təxribat törədib". mod.gov.az (az.). Azərbaycan Respublikası Müdafiə Nazirliyi. 27 sentyabr 2020. 2020-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
- ↑ "Ermənilər cəbhə boyu təxribat törədib, ölənlər və yaralananlar var". report.az (az.). Report İnformasiya Agentliyi. 27 sentyabr 2020. 2020-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
- ↑ "Ermənilər cəbhə boyu təxribat törədib – Ölən və yaralılar var". asanradio.az (az.). ASAN Radio. 27 sentyabr 2020. 2021-11-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
- ↑ "Cəbrayıl işğaldan AZAD OLUNDU". modern.az (az.). 4 oktyabr 2020. 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
- ↑ "Prezident: Cəbrayıl rayonunun böyük hissəsinin və Cəbrayıl şəhərinin azad edilməsi xüsusi əhəmiyyət daşıyır". azeridefence.com (az.). 4 oktyabr 2020. 2021-08-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
- ↑ "İlham Əliyev: "Füzuli işğaldan azad olundu"". oxu.az (az.). 17 oktyabr 2020. 2021-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
- ↑ "Prezident: "Füzuli şəhəri və rayonun daha bir neçə kəndi işğaldan azad olunub"". report.az (az.). Report İnformasiya Agentliyi. 17 oktyabr 2020. 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
- ↑ "Zəngilan və bu kəndləri azad edildi". qafqazinfo.az (az.). Qafqazinfo. 20 oktyabr 2020. 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
- ↑ "Ali Baş Komandan: "Zəngilan şəhəri və bir neçə kənd işğaldan azad edildi"". lent.az (az.). 20 oktyabr 2020. 2020-12-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
- ↑ "Qubadlı şəhəri işğaldan azad olundu!". qafqazinfo.az (az.). Qafqazinfo. 25 oktyabr 2020. 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
- ↑ "Qubadlı şəhəri işğaldan azad edildi – Prezident". sputnik.az (az.). Sputnik Azərbaycanca. 25 oktyabr 2020. 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
- ↑ "Müstəqillik tariximizin ən möhtəşəm xəbəri – Şuşa azad edildi!". sputnik.az (az.). Sputnik Azərbaycan. 8 noyabr 2020. 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
- ↑ "Şuşa şəhəri işğaldan azad edildi". report.az (az.). Report İnformasiya Agentliyi. 8 noyabr 2020. 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
- ↑ "İlham Əliyev: Şuşa işğaldan azad edildi!". oxu.az (az.). 8 noyabr 2020. 2021-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
- ↑ "Prezident İlham Əliyev Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin iştirakı ilə imzalanmış sənədin mətnini açıqlayıb tam mətn". lent.az (az.). 10 noyabr 2020. 2020-11-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 noyabr 2020.
- ↑ 1 2 "Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı". 2020. 2020-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-02.
- ↑ "Arxivlənmiş surət". 2021-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-02.
- ↑ "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-04.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2021-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-03.
- ↑ Prezident İlham Əliyev Bakıda Zəfər parkının açılışında iştirak edib - YENİLƏNİB-2 VİDEO