Ağsu — Vikipediya
Bu məqalə Ağsu şəhəri haqqındadır. Rayon üçün Ağsu rayonu səhifəsinə baxın. |
Şəhər | |
Ağsu | |
---|---|
40°34′15″ şm. e. 48°23′34″ ş. u.HGYO | |
Ölkə | |
Rayon | Ağsu rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1735 |
Mərkəzin hündürlüyü | 680 ± 1 m, 179 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 21 769 (2018) nəfər |
Rəsmi dili | |
Digər | |
agsu-ih.gov.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Ağsu — Azərbaycan Respublikasının Ağsu rayonunun Ağsu şəhər inzibati ərazi dairəsində şəhər,[1] Ağsu rayonunun inzibati mərkəzi. Daha əvvəllər "Yeni Şamaxı" adlanmışdır.
Azərbaycanda şəhər. Ağsu çayının hər iki sahilində, Şirvan düzünün Şimal-Şərq qurtaracağında, Hinqar silsiləsinin ətəyindədir.
Yaşayış məntəqəsi kimi XV əsrdən məlumdur. Şəhərin 4–5 km.-ində "Xaraba Şəhər" adlanan orta əsr Şəhəri Ağsu və ya Yeni Şamaxının qalıqları var. Adını ərazidəki eyni-adlı çaydan almışdır[2].
Tarixi
[redaktə | vikimətni redaktə et]Abbasqulu ağa Bakıxanov Gülüstani-İrəm əsərində qeyd edir ki, Nadirqulu xan (Nadir Şah) tərəfindən hicri 1148-ci (1735) ilin may ayında Şamaxı şəhərinin 4 ağaclığında (37 km), mövqe etibarilə çox əlverişli olan Ağsu adlı yerdə yeni şəhərin əsası qoyuldu. Hazırda Ağsu rayonunun mərkəzi olan Ağsıı şəhərinin adı bəzi tarixi mənbələrdə Yeni Şamaxı kimi də göstərilir. Bu həmin dövrdə Şamaxı əhalisinin Ağsuya köçürülməsi ilə bağlıdır. XVIII əsrdə mövcud olmuş şəhər öz adını "Ağsu çayı"ndan götürməklə mənbələrdə daha çox Ağsu kimi göstərilir. XVIIl əsrin yadigarı olan qədim şəhərinin qalıqları (hazırda "Xaraba şəhər" adlanır) müasir Ağsu şəhərinin cənubunda yerləşir. Rus səyyahı S. Bronevski öz yazılarında həmin şəhəri belə təsvir edir. Şəhərin ətrafına qala divarları çəkilmişdi. Qalanın dördkünc və dairəvi bürcləri var idi. Qala divarlarının qarşısında dərin xəndək qazılmış, yaşayış binalarının alt hissəsi zirzəmilərdən ibarətdir. Binaların üst hissəsi uçub zirzəmiyə tökülmüşdür. Buradakı çalalar zirzəmilərin qalıqlarıdır. Şəhərdə yaşayış binaları sıx yerləşmişdir. Küçələr ensiz olub, arabalarla hərəkət etmək mümkün deyildi. Şübhəsiz şəhərin mərkəzi küçələri nisbətən enli olmuşdur. Qədim Ağsu şəhərinin yerindən orta əsrlər dövrünə aid sadə gil qab nümunələri və Şirvan hakimi Surxay xanın adına zərb edilmiş mis sikkə tapılmışdır. Pul Nadir Şahın şəhərin salınması əmrindən əvvələ aiddir. Ağsunun ticarət və sənətkarlıq məntəqəsi olması haqqında XVI–XVII əsrdə bəzi tarixi mənbələrdə məlumat verilir. Eyni zamanda, "Xaraba şəhər"də aparılan ikin axtarışlar zamanı Nadir Şahın Şamaxını işğal etməzdən 100–150 il əvvələ aid materiallar və keramika məmulatı tapılmışdır. XVIII əsrdə Ağsu şəhərinin möhkəm qala divarları, müdafiə istehkamları olmuşdur. Şəhər getdikcə inkişaf etmiş və XVIII əsrin sonunda Azərbaycanın çoxsaylı əhalisi olan şəhərlərindən birinə çevrilmişdir. Səyyah V. Leviatov qeyd edir ki, XVIII əsrin sonunda Yeni Şamaxı (Ağsu) şəhərinin əhalisi 10 minə yaxın olduğu halda Gəncə, Ərdəbil, Şuşa, Nuxa, Bakı və başqa şəhərlərin əhalisi 3–8 mindən çox deyildi. S. Yegiazarov Ağsu əhalisindən Şirvan xanının xeyrinə 15.510 manat vergi toplandığını qeyd edir. Bu fakt şəhərdə əhaliyə qarşı ağır vergi sisteminin tətbiq oldunduğunu göstərir. Ağsu şəhəri son orta əsrlər Azərbaycanın ictimai-siyasi və hərbi həyatında mühüm rol oynamış şəhərlərdəndir. 1734-cü ilin yayında Nadir Şah öz qoşunu ilə Şamaxıya doğru hərəkət etdi. Şirvan hakimi Surxay xanın Şamaxını tərk etməsinə baxmayaraq, şəhər əhalisi iki ay müddətində müqavimət göstərə bildi. Əhalinin belə ciddi müqavimətindən qəzəblənmiş Nadir Şah 1734-cü il avqustun sonlarında Şamaxını ələ keçirdikdən sonra şəhəri yandıraraq darmadağın etdi, əhalisinin isə köçürülməsi əmrini verdi. Beləliklə, 1735-ci il may ayıının sonunda Şamaxı şəhərinin 4 ağaclığında (37 km), yeni şəhərin əsası qoyuldu. Şəhərin qədim əhalisi də tikilən bu yeni şəhərə köçürüldü. Bu dövrdən etibarən Ağsu şəhəri Şirvan hakimlərinin iqamətgahı oldu. 1743-cü ildə Şirvanda Nadir Şahın zülmünə qarşı üsyan başlandı. Bu zaman özlərini Səfəvilərin xələfləri kimi təqdim edən yalançı şahzadələr — I, II, III Sam Mirzələr meydana çıxdı ki, onlardan ikisi Şirvanda fəaliyyət göstərirdi. I Sam Mirzə 50 minlik qoşunla Surxay xanın müşayiətində Şirvanın mərkəzi olan Ağsu şəhərini zəbt etdi. Nadir şahın zülmündən cana gəlmiş əhali onu rəğbətlə qarşıladı. O, xalqı Nadir Şah tərəfindən qoyulmuş vergilərdən azad etdi, lakin Nadir Şahın oğlu Nəsrullah Mirzə ilə I Sam Mirzə arasında Şirvan düzündə baş verən döyüşdə, I Sam Mirzə öldürüldü. II Sam Mirzə Surxay xanın oğlu Məhəmməd xanın yardımı ilə 1743-cü ilin oktyabrında Şirvanda güclü üsyanın baş verməsində böyük rol oynadı. Nəsrullah Mirzə 3 dəfə məğlub olmasına baxmayaraq, Ağsu qalasını bir neçə gün mühasirədə saxladıqdan sonra nəhayət top atəşi ilə ələ keçirə bildi. Bununla da çiçəklənən Ağsu şəhərinə ilk zərbə dəymiş oldu. Şəhərdə az sayda insan qalmışdı ki, onların da çoxunu əsr tutub şəhəri tamamilə qarət etdilər. Əhali bu günü "Allahdad" (Allah köməyə çat) adlandırdı. Nadir Şahın ölümündən (1747) sonra yerlərdə müstəqil xanlıqlar meydana gəldi ki, bunlardan biri də Şirvan xanlığı idi. Şirvan xanlığında (1747–1763-cü illər ərzində) iki hakimiyyətlilik hökm sürürdü. Şamaxıda hakimiyyət başında Xançoban tayfasından olan iki qardaş — Məhəmməd Səid xan və Ağası xan idi. Ağsuda isə Nadir Şahın Şirvanda vergi toplayanı təyin olunmuş Hacı Məhəmməd Əli xan hakimiyyəti ələ keçirmişdi. Bu dövrdə Azərbaycanda ağalıq uğrunda yerli feodalların mübarizəsi gedirdi. Belə şəraitdə, 1755-ci ildə Şəki xanı Hacı Çələbi xan böyük qoşunla, Şirvanı ələ keçirmək məqsədilə Ağsu şəhərini mühasirəyə aldı. Burada hakimiyyətdə olan Hacı Məhəmməd Əli xan müdafiə üçün Quba hakimi Hüseynəli xandan kömək istədi. O da 3000 nəfərlik qoşunla, barışıq məqsədilə Ağsuya gəldi, lakin Hacı Çələbi xan sülhə razı olmadı və qarşı tərəfi hədələyərək geri çəkilməsini istədi. Beləliklə, razılığa gələbilməyən tərəflər arasında Ağsu şəhəri ətrafında baş vermiş döyüşdə Şəki xanı Hacı Çələbi xan ağır itki verərək geri çəkilmək məcburiyyətində qaldı. Hacı Məhəmməd Əli xanın bu böyük yardıma görə Ağsu şəhər qapısının açarlarını təqdim etməsinə baxmayaraq, Hüseynəli xan onları qəbul etmədi və üç günlük ziyafətdən sonra öz xanlığına qayıtdı. 1763-cü ildə Cənubi Qafqazı bürüyən güclü taun xəstəliyindən Ağsu əhalisi böyük ziyan çəkdi. 1765-ci ildə Ağsu və Şamaxı vahid xanlıqda birləşdi. Məhəmməd Səid Xan və Ağası Xan Ağsunu ələ keçirib, Hacı Məhəmməd Əli xanı öldürdülər. Mərkəz Ağsudan Şamaxıya köçürüldü. 1767-ci ildə Quba xanı Fətəli xan Şəki xanı Hüseyn xanla birləşərək, iki tərəfdən Şamaxı şəhərini mühasirəyə aldılar. Məhəmməd Səid xanla Ağası xan isə müqavimət göstərə bilməyərək məğlub oldular. Nəticədə, mərkəz yenidən Ağsuya köçürüldü. Hər iki xan şəhərə öz nümayəndəsini təyin etdi. Şirvanın Sərdərin və Həsən mahalları Şəki xanlığına, qalan hissəsi isə Quba xanlığına birləşdirildi. 1769-cu il iyulunda Quba xanı Fətəli Xan tərəfindən Ağsu şəhəri dağıdılaraq əhalisi Şamaxıya köçürüldü. Bəzi tarixi mənbələrə əsasən az vaxt ərzində bütün Ağsu əhalisi Şamaxıda yerləşdirilmişdi. Rus səyyahı, akademik S. Q. Qmelin Ağsuda olarkən evlərin dağıdılmış divarlarından başqa heç nə tapmadığını bildirir. Səyyah Marşal Fon Biberşteyn, rus səyyahı S. Bronevski və digər müəlliflərin yazılı məlumatlarında göstərilir ki, Fətəli xan camaatı Ağsudan Şamaxıya zorla köçürdüyü zaman əhalinin miqdarı o qədər azalmışdı ki, şəhərin bir sıra küçələri tamamilə boş qalmışdı. Sonrakı illərdə də Ağsu şəhəri bir çox hücumlara məruz qaldı. Xüsusilə də 1795-ci ildə Ağa Məhəmməd Şah Qacarın Azərbaycana yürüşü zamanı Ağsunun qalan əhalisi də Quba və başqa əyalətlərə qaçdı, qaça bilməyənlər isə məhv edildi. Beləliklə, Nadir Şahın əsasını qoyduğu Ağsu şəhəri Ağa Məhəmməd Şah Qacar tərəfindən demək olar ki, süquta uğradıldı. Ağsu şəhəri XVIII əsrdə dəfələrlə feodal basqınlarının qurbanı olmuşdur. Tez-tez köçürmələr, dağıntılar əhalinin bir şəhərdə yaşamaq ümidlərinə zərbə vururdu. Şəhər sakinləri bu səbədən yaraşıqlı binalar, məscidlər, türbələr, ictimai və rəsmi binalar tikməyə üstünlük vermirdilər. XIX əsrin əvvəllərinə aid mənbələrdə adı çox hallanan Ağsu əsrin sonlarında az xatırlanır. Ağsu 1967-ci ilə kimi şəhər tipli qəsəbə, həmin ildə şəhər statusu almışdır.
Əhalisi
[redaktə | vikimətni redaktə et]Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
|
17.400 nəfər (2008)
Tanınmışları
[redaktə | vikimətni redaktə et]- Səlim Müslümov — Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri
- Ağamir Sultanov — Raket və artilleriya qoşunları komandanı, general-mayor
- Tərlan Əliyarbəyov — sovet hərbi xadimi, general-mayor
- Arif Səlimov — fizika-riyaziyyat elmləri doktoru, Türkiyənin Atatürk Universitetinin (1998–2017) və Bakı Dövlət Universitetinin professoru, kafedra müdiri, Azərbaycanın "Əməkdar Elm Xadimi"
- Rasim Balayev — aktyor
- Səməndər Rzayev — aktyor
- Tahir Kərimli — Vəhdət Partiyasının yaradıcısı və sədri
- Aytən Səfərova (Piriyeva) — Azərbaycanın tanınmış, peşəkar, sabirsayağı yumor hissinə və səlis diksiyaya malik olan TV və radio aparıcısı.
Qardaş şəhərlər
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh.32
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1959).
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1970).
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1979).
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1989).
- ↑ "Brooklyn Belediyesi ile kardeş şehir protokolü imzaladı". Sabah (türk). 2020-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 noyabr 2017.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Tarixdən zərbəni zərbə üstünə alan "xaraba şəhər" Arxivləşdirilib 2015-01-25 at the Wayback Machine
Azərbaycan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Şəhər haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |