Bağırbəyli (Qafan) — Vikipediya
Tarixi Zəngəzur mahalı əraziləri | |
Ermənistan, Qafan rayonu | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Ermənistan |
Bölgə | Zəngəzur qəzası |
İnzibati mərkəz | Qafan |
Ləğv edilib | 1918-1920 |
Bağırbəyli (keçmiş Zəngəzur mahalı) yerləşən kənd.
Etimologiyası
[redaktə | mənbəni redaktə et]Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd. Rayon mərkəzindən 21 km cənub-şərqdə yerləşirdi[1]. Qafqazın 5 verstlik xəritəsində[2] qeyd edilmişdir. Burada 1907-ci ildə 836 nəfər azərbaycanlı yaşamışdır[3]. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri -azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla qovulmuşdur. 1920-ci ildə kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Toponim Bağırbəy şəxs adına mənsubluq bildirən -li şəkilçisinin artırılması ilə əmələ gəlib, «Bağırbəyə mənsub kənd» mənasını bildirir. Antropotoponimdir. Quruluşca düzəltmə toponimdir.[4] 1917-ci ildə Qubadlı qəzasının Cicimli inzibati ərazi vahidində eyniadlı kənd qeydə alınmışdır.
Bağırbəyli kəndində ermənilər 7 kişi və qadını bir evə doldurmuş, onları diri-diri yandırmışdılar.[5] Gorus rayonunun 21-ci km-də yerləşən bu kənd 1918-ci ildə ermənilər tərəfindən dağıdılmışdır. Semantik cəhətdən məlumdur. Toponim Bağırbəyli nəsl, tayfa adı ilə bağlıdır[6][7]
Əhalisi
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.574
- ↑ Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическаго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.27
- ↑ Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.574
- ↑ İbrahim Bayramovun «Qərbi Azərbaycanın türk mənşəli toponimləri» adlı əsəri
- ↑ "Arxivlənmiş surət". 2020-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-18.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2018-11-23 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2021-07-27.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2022-08-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-18.