Xəzinəvar — Vikipediya

Kənd
Xoznavar
erm. Խոզնավար
39°37′17″ şm. e. 46°21′21″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Zəngəzur mahalı
Rayon Gorus rayonu
Tarixi və coğrafiyası
Sahəsi
  • 16,22 km²
Mərkəzin hündürlüyü 1.600 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 396 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Xoznavar xəritədə
Xoznavar
Xoznavar

XoznavarYelizavetpol quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd.[2]

Rayon mərkəzindən 45 km məsafədə yerləşir. Kəndin qədim adı Xaznavar, Xandzaberd olmuşdur[3].

Toponimin ilkin, qədim formasına (Xaznavar//Xandaberd) əsasən bu qənaətə gəlirik ki, kəndin adı qədim türk tayfalarından biri olan gencək (xazna, xandza) etnonimi ilə Azərbaycan dilində "möhkəmləndirilmiş istehkamı olan kənd", "qala" mənasında işlənən var[4] birləşməsindən əmələ gəlmişdir. Etnotoponimdir. Mürəkkəb quruluşlu toponimdir.

1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. 1828-ci il Türkmənçay müqaviləsindən sonra kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 28 nəfər, 1873 - cü ildə 86 nəfər, 1897-ci ildə 180 nəfər azərbaycanlı yaşamışdır[5].

1918-ci ildə kənddə yaşayan azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq qırğınlarla qovulmuşdur. 1918-ci ildən sonra burada yalnız ermənilər yaşayır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
  3. Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine. Ереван: Издательство «Мелконян фонд», 1932, с. 28
  4. Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.113
  5. Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931). Ереван: Издательство «Мелконян фонд», 1932, с. 28-29, 112-113