Seyidlər (Meğri) — Vikipediya
Kənd | |
Seyidlər kəndi | |
---|---|
38°58′10″ şm. e. 46°12′51″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Zəngəzur mahalı |
Rayon | Meğri rayonu |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.075 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Seyidlər kəndi, Vardanazor (Vartanazur) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonu ərazisində kənd.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]Rayon mərkəzindən 9 km şimal-qərbdə yerləşir. XIX əsrin əvəllərində kəndin adı Vardanazor kimi rəsmiləşdirilimişdir[3].
Toponim seyidlər tayfa adı[4] əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Kənddə 1831-ci ildə 36 nəfər, 1873cü üdə 316 nəfər, 1886-cı ildə 480 nəfər, 1897-ci ildə 506 nəfər, 1904 - cü ildə 439 nəfər, 1914 - cü ildə 1053 nəfər yalnız azərbaycanlı yaşamışdır[5].
1918-ci ildə kənd erməni təcavüzünə məruz qalmış, qırğınlarla sakinləri deportasiya olunmuşdur[6]. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk edən azərbaycanlılardan sağ qalanlar ata-baba yurdlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 177 nəfər, 1926-cı ildə 180 nəfər, 1931-ci ildə 243 nəfər azərbaycanlı yaşamışdır[5].
1988-ci ilin noyabr ayında Ermənistan dövləti kəndin sakinlərini - azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya etmişdir. İndi burada ermənilər yaşayır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine. Ереван: Издательство «Мелконян фонд», 1932, с. 68
- ↑ Vəlili (Baharlı) M. Azərbaycan (coğrafi-təbii, etrioqrafik və iqtisadi mülahizat), Bakı, Azərnəşr, 1993. s.55
- ↑ 1 2 Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931). Ереван: Издательство «Мелконян фонд», 1932, с. 68-69, 142-143
- ↑ История Азербайджана по документам и публикациям, Баку, «Элм», 1990. s.205