Düzkənd (Amasiya) — Vikipediya
Kənd | |
Düzkənd | |
---|---|
41°03′03″ şm. e. 43°44′57″ ş. u.HGYO | |
Ölkə | |
Mərz | Şirak |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.980 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Düzkənd (1991-ci ildən Alvar) — Ermənistanın Şirak mərzinin Amasiya bələdiyyəsində yerləşən kənd. Tarixən Qars vilayətinin Qars qəzasına, 1930–1995-ci illərdə isə Amasiya rayonuna tabe olmuşdur.[2][3]
Tarixi
[redaktə | mənbəni redaktə et]Rayon mərkəzindən 13 km şimalda, Arpaçayın sağ sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə[4], Qafqazın 5 verstlik xəritəsində[5] qeyd edilmişdir. Amasiya rayonunda tarixən Düzkənd adında iki kənd olmuşdur: Böyük Düzkənd, Kiçik Düzkənd[6]. XIX əsrin əvəllərində Böyük Düzkənd və Kiçik Düzkənd kəndləri birləşdirilərək Düzkənd kəndi kimi rəsmiləşdirilmişdir.
Toponimi
[redaktə | mənbəni redaktə et]Toponim Azərbaycan dilində "düzən, çöl, düzənlik", "eniş, yoxuşu, çuxuru olmayan yer" mənasında işlənən düz sözü ilə[7][8][9][10] qədim türk dilində "yaşayış yeri, şəhər" mənasında işlənən kənd sözünün[11][12][13] birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan prezidentinin 19aprel 1991-ci il fərmanı ilə adı dəyişdirilib "Alvar" qoyulmuşdur.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Erməni mənbələrində kənddə qarapapaqların yaşadığı göstərilir[6]. Kənddə 1886-cı ildə 348 nəfər, 1897-ci ildə 520 nəfər, 1908-ci ildə 636 nəfər, 1914-cü ildə 722 nəfər azərbaycanlı yaşamışdır[14]. 1916-cı ildən başlayaraq azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda Sovet hökuməti qurulandan sonra azərbaycanlılar ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 359 nəfər, 1926-cı ildə 402 nəfər, 1931-ci ildə 468 nəfər[14], 1970-ci ildə 516 nəfər, 1987-ci ildə 580 nəfər[15] yalnız azərbaycanlılar yaşamışdır. 1988-ci ilin noyabr-dekabr, 1989-cu ilin yanvar aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. 1988-ci ildə əhalisi tamamilə Azərbaycana qovulmuşdur. İndi ermənilər yaşayır. Arpaçayın sahilində düzənlikdə yerləşdiyinə görə Düzkənd adını almışdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002.
- ↑ Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Дүзкәнд // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
- ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.132
- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.90
- ↑ 1 2 Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.20
- ↑ Yüzbaşov R. Azərbaycan coğrafiya terminləri (tədqiqlər), Bakı, "Elm", 1966. s.70
- ↑ Бушуева Е.Н. Словарь русской транскрипции географических терминов и других слов, встречающихся в топонимии Азербайджанской ССР, М., 1971. s.68
- ↑ Azərbaycan dilinin izahlı lüğəti, II c., Bakı, "Elm", 1980. s.168
- ↑ Мурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.195
- ↑ Радлов В.В. Опыт словарья тюркских наречий, т. II, ч.2, СПб, 1899. s. 1079–1080
- ↑ Древнетюркский словарь, Л., "Наука", 1969. s.290
- ↑ Мурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.270–271
- ↑ 1 2 Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.20–21, 104–105
- ↑ Bayramov A. Qədim Oğuz ellərinin — Ağbaba, Şörəyel və Pəmbək bölgələrinin yer-yurd adları (toponimləri), Sumqayıt, 1996. s.168