Salyan — Vikipediya
Bu məqalə Salyan şəhəri haqqındadır. Salyan rayonu üçün Salyan rayonu səhifəsinə baxın. |
Şəhər | |
Salyan | |
---|---|
39°35′48″ şm. e. 48°59′01″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | −19 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Salyan — Azərbaycan Respublikasında şəhər, Salyan rayonunun inzibati mərkəzi. 1915-ci ildə şəhər statusu almışdır.[3]
Etimologiyası
[redaktə | mənbəni redaktə et]Tarixən monqollar Salyan şəhərini monqol dilində "Dalan-Navur" adlandırmışdır.[4]
Tarixi
[redaktə | mənbəni redaktə et]Salyan şəhəri əsrlərlə Şirvanşahlar dövlətinin tərkibində olmuşdur. Bakı hakimliyinə aid olan bu şəhər dövrünün əsas şəhərlərindən idi. Burada gəmiqayırma emalatxansı vardı. Şəhərə gəmi ilə gəlinir və burada balıq yetişdirilirdi.
Salyan Quba xanlığından asılı idi və Nadir şah tərəfindən geri alınmışdı. XVIII əsrin ortalarında Salyan İbrahim Rudbari tərəfindən ələ keçirildi. Onun hökmranlığından narazı qalan salyanlılar kömək üçün Quba xanlığına üz tutdular və 1757-ci ildə Fətəli xanın komandanlığı altında olan qoşunlar Salyanı tutdular, İbrahim Rudbarini qovdular və şəhəri Quba xanlığına birləşdirdilər.[5]
1729–1782-ci illərdə Salyan sultanlığının paytaxtı olub.
1799-cu ildə Şamaxı xanı Mustafa xan Salyanı ələ keçirdi və ona naib təyin etdi.[6]
1916-cı ildən Salyan Bakı quberniyasının Cavad qəzası inzibati mərkəzi olmuşdur. 1916-cı ildə ona şəhər statusu verilmişdir.[7]
1929–1930-cu illərdə — Muğan dairəsinin mərkəzi, 1930-cu ildən Salyan şəhəri Salyan rayonunun inzibati mərkəzidir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Etnik qrup | Sayı, 1939 sa.[8] | Nisbəti, 1939 sa.[8] |
---|---|---|
toplam | 13 554 | 100 % |
Azərbaycan türkləri | 11 568 | 85.3 % |
rus | 1 644 | 12.1 % |
ukraynalı | 86 | 0.6 % |
alman | 74 | 0.5 % |
erməni | 56 | 0.4 % |
yəhudi | 20 | 0.2 % |
ləzgi | 8 | 0.1 % |
gürcü | 8 | 0.1 % |
talış | 1 | 0.1 % |
digər | 89 | 0.6 % |
Tanınmış sakinləri
[redaktə | mənbəni redaktə et]- Məhəmmədəli Hüseynzadə, Azərbaycan dini xadimi
- Əhməd Hüseynzadə, Azərbaycan dini xadimi
- Əli bəy Hüseynzadə, Azərbaycan ədibi, filosof və ədəbiyyat tənqidçisi
- Əsədulla bəy Muradxanov, Azərbaycan ictimai-siyasi xadimi
- Şirin Axundov, Azərbaycan tarzəni
- Qəhrəman Süleymanzadə, Azərbaycan dövlət xadimi
- Ənvər Qasımzadə, Azərbaycan memarı
- Əli Zeynalov, Azərbaycan aktyoru
- Ağacavad Əlizadə, Azərbaycan şairi
- Qulu Əsgərov, Azərbaycan müğənnisi
- Xəlil Rza Ulutürk, Azərbaycan şairi
- Mailə Muradxanlı, Azərbaycan dramaturqu
- Rail Rzayev, Azərbaycan dövlət xadimi
- Aslan İlyasov, Azərbaycan qarmonçusu
- Həsənağa Sadıqov, Azərbaycan musiqiçisi
Şəhidləri
[redaktə | mənbəni redaktə et]- Arif Rüstəmov — Vətən müharibəsi şəhidi
- Əliəkbər Bəndəliyev — Vətən müharibəsi şəhidi
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 GEOnet Names Server. 2018.
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1989).
- ↑ Президиум Верховного Совета Азербайджанского ССР. "Азербайджанская ССР, Административно-территориальное деление на 1 января 1961-го года". Азербайджанское государственное издательство, Баку, 1961, стр. 9
- ↑ Togan, Zeki Velidi. Ümumi türk tarihine giriş (cilt I). İstanbul: Enderun Kitabevi. 1981. səh 538. (İstinad səhifəsi 254)
- ↑ "Комментарии к тексту". 2021-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-10-10.
- ↑ C.M.Mustafayev. "AZƏRBAYCANIN ŞİMALİ XANLIQLARI VƏ RUSİYA (XVIII əsrin sonu - XIX əsrin əvvəlləri), Səh. 20" (PDF). 1989. 2019-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-07-08.
- ↑ İnzibati-ərazi vahidləri 150 стр.
- ↑ 1 2 Ethno-Caucasus, Этнодемография Кавказа: Сальянский район (1939 г.) Arxivləşdirilib 2022-09-28 at the Wayback Machine
Azərbaycan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Şəhər haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |