Tahir Salahovun ev-muzeyi — Vikipediya

Tahir Salahovun ev-muzeyi
Ev-muzeyin fasadı
Ev-muzeyin fasadı
Xəritə
Əsası qoyulub 2012
Açılış tarixi 2012
Ölkə
Yerləşir Azərbaycan, Bakı, İlyas Əfəndiyev küçəsi
Direktor Səadət Mirzəyeva[1]
Telefon (+ 994 12) 492-10-80
İş rejimi 09:00 -18:00
40°21′58″ şm. e. 49°50′04″ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tahir Salahovun ev-muzeyi — Azərbaycanlı rəssam, Sosialist Əməyi Qəhrəmanı[2], SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, SSRİ xalq rəssamı, professor Tahir Salahovun xatirə muzeyi. Muzey Bakıda "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun İlyas Əfəndiyev küçəsində yerləşir.[3]

2011-ci il oktyabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Tahir Salahovun Ev muzeyinin yaradılması haqqında sərəncam imzalayıb.[4] Muzey “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən 2012-ci ildə yaradılıb.

Muzey ekspozisiyası Azərbaycan rəssamı Tahir Salahovun həyat və fəaliyyətinə həsr olunub. Rəssam ev muzeyinə 735 eksponat hədiyyə edib. Onlar arasında özünün rəsm əsərləri, şəxsi əşyaları, xalça kolleksiyası və fotoarxiv var. Ekspozisiya 3 mərtəbədə yerləşir. Muzeyin 3-cü mərtəbəsində Tahir Salahovun emalatxanası yerləşir.

Muzeyin kolleksiyasında 798 eksponat var.[5]

  1. AzərTAc. "İçərişəhərdə rəssam Tahir Salahovun ad günü qeyd olunub" (az.). Youtube.com. 29.11.2017. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-29.
  2. "Салахов Таир Теймур оглы". 2020-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-16.
  3. ""Tahir Salahovun ev–muzeyi" İçərişəhərin bir tərkib hissəsinə çevrilib". 2018-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-16.
  4. "Tahir Salahovun ev-muzeyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-16.
  5. CBC. "Tahir Salahov-89" (az.). Youtube.com. 02.12.2017. İstifadə tarixi: 2017-12-04.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]