Allahverdi rayonu — Vikipediya

Rayon
Allahverdi rayonu
İnzibati mərkəz Tumanyan
Tarixi və coğrafiyası
Yaradılıb 9 sentyabr 1930
Ləğv edilib 11 aprel 1995
Əhalisi
Əhalisi 36.179[1] (1989) nəfər
Allahverdi rayonu xəritədə
Allahverdi rayonunun Uzunlar kəndi ərazisində qafqaz albanlarına məxsus qədim Uzunlar məbədi.

Allahverdi rayonu (1969–1995-ci illərdə Tumanyan rayonu[2][3][4]) — Ermənistan SSRErmənistan Respublikası ərazisində mövcud olmuş rayon rayon. Mərkəzi Tumanyan şəhəri olmuşdur.

Qərbi Azərbaycanın Loru mahalının Dağlıq Borçalı ərazisində yerləşirdi. Daha sonra Tiflis quberniyasının Borçalı qəzasının tərkibində olmuşdur (1880-1921). 1930-cu il sentyabrın 9-da yaradılıb. 1969-cu il sentyabrın 19-na qədər Allahverdi rayonu, həmin tarixdən etibarən isə Tumanyan rayonu adlanıb. Ərazisi 1111 kv.km-dir. Rayon mərkəzi Tumanyan (1938-dən Allahverdi) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 191-km-dir. Rayon mərkəzindən Tona (dəyişdirilmiş adı Debed) çayı axıb gedir. 1988-ci ilə kimi Azərbaycan türklərinin yaşadıqları və həmin il tərk etməyə məcbur olduqları yaşayış yerləri: Böyük Ayrım, Kiçik Ayrım, Yuxarı Ağtala ,Aşağı Ağtala, Manas, Mədən qəsəbəsi, Şamlıq, Pədin, Cilizə, Ağtala stansiya qəsəbəsi.

Tarixi yer adları

[redaktə | vikimətni redaktə et]

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin müxtəlif fərmanları ilə Allahverdi rayonu üzrə dəyişdirilmiş tarixi yer adları:

Qədim türk adı İndiki adı Dəyişdirilmə tarixi
Manas Allahverdi rayonu ...
Hacıdur Tsaxkaşat 03.01.1935
Sədibağlı Çkalov 22.02.1939
Uzunlar Odzun 30.09.1967
Allahverdi rayonu Tumanyan rayonu 19.09.1969
Qaçağan Arevadzor 25.01.1978

Tarixən Quqark əyalətinə daxil olmuşdur. Sonra (VIII-X əsrlərdə) Baqratilərin, Zakarianların, XI əsrdən sonra səlcuqların, monqol-tatarların tərkibinə daxil olmuş, XVIII əsrdə Nadir şah Əfşarın tabeliyi altında olmuşdur.

XIX əsr və XX əsrin əvvəllərində Tiflis quberniyasının Loru-Borçalı qəzasında, 1920-29 - cu illərdə Loru-Pəmbək qəzasının tərkibinə daxil olmuşdur. Borçalı çayının sahilində yerləşir. Qafqazın beş verstlik xəritəsində qeyd edilmişdir.

Əsas sakinləri azərbaycanlılar olmuşdur. Burada azərbaycanlılarla yanaşı, yunanlarermənilər də yaşamışdır. Ermənilər buraya 1828-ci ildən sonra köçürülmüşdür. 1831-ci ildə 24 nəfər azərbaycanlı, 1873 - cü ildə 143 nəfər azərbaycanlı, 70 nəfər erməni, 1886-cı ildə 132 nəfər azərbaycanlı, 46 nəfər erməni, 989 nəfər yunan, 1897-ci ildə 187 nəfər azərbaycanlı, 104 erməni, 1100 nəfər yunan yaşamışdır [5]

1918-20-cı illərdə azərbaycanlılar öz doğma torpaqlarından ermənilər tərəfindən qovulmuşdur. 1920-ci il noyabrın 29-da indiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlıların sağ qalanları geri qayıtmışlar. 1922-ci ildə 24 nəfər azərbaycanlı, 87 nəfər erməni, 1242 nəfər yunan, 1926-cı ildə 40 nəfər azərbaycanlı, 6563 nəfər erməni, 1500 nəfər yunan, 1931-ci ildə 272 nəfər azərbaycanlı, 538 nəfər erməni, 1351 nəfər yunan 1970-ci ildə 278 nəfər azərbaycanlı, 21835 nəfər erməni və yunan yaşamışdır.[6]

Azərbaycanlılar 1988-ci ildə ermənilər tərəfindən qovulmuşlar. Yunanlar filiz mədənlərində işləmək üçün bura 1790-cı ildə gəlmişdir. Toponim borçalı türk tayfasına mənsub allahverdi etnonimi adı əsasında əmələ gəlmişdir

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 19.IX.1969 - cu il fərmanı ilə adı dəyişdirilib Tumanyan (erməni yazıçısı Hovanes Tumanyan) qoyulmuşdur.

  • Vahid Novruzov - Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü, iqtisad elmləri doktoru, Professor (2000)
  1. "Всесоюзная перепись населения 1989 г. Численность населения союзных республик СССР и их территориальных единиц по полу: Армянская ССР (по переписи 1989 года) — Еженедельная демографическая газета Демоскоп Weekly". Archived from the original on 2014-12-22. İstifadə tarixi: 29 iyul 2015..
  2. Алаверди // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 211.
  3. Ермәнистан ССР хәритәси // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: ЕлдәҝәзИтабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 96–97.
  4. Туманјан Һовһанес // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IX ҹилд: СпутникФронтон. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1986. С. 370.
  5. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, "Melkonyan fond", 1932, 188 səh.
  6. İbrahim Bayramov, QƏRBİ AZƏRBAYCANIN TÜRK MƏNŞƏLİ TOPONİMLƏRİBAKI – "Elm" - 2002

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]