Yenisey qırğızları — Vikipediya

Yenisey qırğızları
Ümumi sayı
məlum deyil
Yaşadığı ərazilər
Cənubi Sibir, Altay, Monqolustan, Türküstan
Dili

Qədim qırğız dili

İrqi
monqoloid
Dini

Tenqriçilik, Manixeizm, Tibet buddizmi, Nestorianlıq

Daxildir
Türk xalqları
Qohum xalqlar

Tyanşanda yaşayan müasir qırğızlar, Tarbagatay qırğızları, fuyu qırğızları, altaylılar, teleutlar, telengitlər, şorlar, xakaslar, çulumlar, tuvalar

Yenisey qırğızları (q.türk 𐰶𐰃𐰺𐰴𐰕:𐰉𐰆𐰑𐰣) — YeniseyAltay hövzələrinin qədim və orta əsr türkdilli əhalisi üçün tarixşünaslıqda qəbul edilən ad[1] (Tyan-Şan qırğızlarından fərqli olaraq).[2] Qədim türk xalqı olan Yenisey qırğızları eramızdan əvvəl III əsrdən eramızın XIII əsrinə qədər Minusinsk çökəkliyinin cənub hissəsində Yenisey çayının yuxarı sahillərində yaşayıblar. Onların vətənlərinin özəyi Monqolustanın şimalında, müasir Tıvada yerləşən meşəlik Tannu-Ola dağ silsiləsi (qədim dövrlərdə Lao və ya Koqmen dağları kimi tanınır) idi. Sayan dağları da müxtəlif dövrlərdə onların ərazisinə daxil olmuşdur. Qırğız xaqanlığı eramızın 550-ci ildən 1219-cu ilə qədər mövcud olub. Xaqanlıq 840-cı ildə Yenisey ərazilərindən Mərkəzi AsiyaTarım hövzəsinə qədər dövləti genişləndirərək Türk Xaqanlığının rəhbərliyini Uyğur xaqanlığından aldı.

Yenisey qırğızlarına aid mədəniyyət nümunələri
Yenisey qırğızlarının məişət əşyaları və ibadətgahları
Yenisey qırğızlarının kənd təsərrüfatı alətləri
Elegeş abidələri

Son aşkar edilmiş arxeoloji nümunələrinə görə, qırğızların tarixi eramızdan əvvəl 201-ci ildən başlayır. Yenisey qırğızları Çaatas mədəniyyəti ilə bağlıdırlar və bəlkə də Taştik mədəniyyəti ilə də əlaqələri mövcud olub.[3][4][5] Onların endonimi Çin tarixi mətnlərində Jiegu (結骨), Hegu (紇骨), Hegusi (紇扢斯), Hejiasi (紇戛斯), Hugu (護骨), Qigu (契骨), Juvu (居勿) və Xiajiasi (黠戛斯) kimi müxtəlif şəkildə transkripsiya edilmişdir. Lakin ilk dəfə Han dövrü qeydlərində Gekun (və yaxud Ko-kun;  (çin.)) və ya Jiankun (və yaxud Chien-kun;  (çin.)) kimi rast gəlinir.[6]

Amerikalı tarixçı Piter Qolden *Qïrğïz < *Qïrqïz< *Qïrqïŕ kökünü yenidən qurur və qədim türkcə qïr 'boz' (at rəngi) və -q(X)ŕ/ğ(X)ŕ ~ k(X)z/g(X)z şəkilçisinin törəməsini təklif edir.[7][8]

Tan sülaləsi dövrü səlnaməçisi Duan Çenşi “Youyangdan müxtəlif qəlyanaltılar” əsərində yazırdı ki, qırğız tayfasının (Jiānkūn bùluò 堅昆部落) mifoloji əcdadları “tanrı və inək” (神與牸牛) (Göktürklərdə qırğızlardan fərqli olaraq, mifoloji əcdad dişi qurd Xiongnuçanyunun qızı olan Qaoçe idi) qırğızların yaranma yeri Sayan, ya da Tannu-Ola dağları ilə eyniləşdirilən Kuman dağlarının (曲漫山) şimalındakı mağaradır,[9][10][11] Bundan əlavə, Xin Tangşu Qırğız ordusunun Türk Kögmän (> Ch. Quman) və Kem çayı (> 劍 Jiàn) mənşəli Qingshan 青山 "Mavi Dağlar"ın yanında yerləşdiyini qeyd edir.[12] Eramızın VIII əsrində Göytürk imperiyası süqut edən zaman Yenisey qırğızları Göytürk modeli əsasında öz çiçəklənən dövlətlərini qurmuşdular. Göytürklərin Orxon yazısını mənimsəmiş, Mərkəzi Asiya, ÇinYaxın ŞərqdəAbbasilər xilafəti ilə ticarət əlaqələri qurmuşlar.

Yenisey Qırğız xaqanlığının qırğız xaqanları məşhur Han sülaləsi sərkərdəsi Li Quanqın nəvəsi olan Çin generalı Li Linqdən törəmələrini iddia edirdilər.[13][14][15] Li Linq Hunlar tərəfindən əsir alınmış və eramızdan əvvəl I əsrdə fərarilik etmişdir.[16][17] Tang Li imperator ailəsi də Li Quanqdan törədiyini iddia etdiyi üçün Qırğız xaqanı bu səbəbdən Tan imperator ailəsinin üzvü kimi tanınmışdı. Tan imperatoru Jongzong onlara demişdi ki, "Sizin və bizim millətiniz eyni əcdad qəbiləsindəndirlər (Zong). Siz başqa əcnəbilər kimi deyilsiniz."[18]

758-ci ildə uyğurlar Qırğız xaqanını öldürdülər və qırğızlar Uyğur xaqanlığının hakimiyyəti altına keçdilər. Bununla belə, Yenisey qırğızları vaxtlarının çoxunu üsyan şəraitində keçirdilər. 840-cı ildə onlar Monqolustanın Orxon vadisindəki uyğurların paytaxtı Ordu-Balıq şəhərini talan etməyə və uyğurları Monqolustandan tamamilə qovmağa müvəffəq oldular.[19][20] 843-cü il fevralın 13-də "Xariciləri öldürün" dağında Tan sülaləsi Uyğur Qağan qüvvələrini dağıdıcı məğlubiyyətə uğratdılar.[18] Lakin Yenisey qırğızları Monqolustanın ağaları kimi uyğurları əvəz etməkdənsə, öz ənənəvi vətənlərində yaşamağa və əsrlər boyu olduğu kimi yaşamağa davam etdilər. Uyğur xaqanlığının məğlubiyyəti və süqutu uyğurların Monqolustandan Turfan, Kumul və Qansuya kütləvi miqrasiyasına səbəb oldu və burada Qarahoca uyğur idıkutluğuQansu Uyğur idikutluğu qurdular.

XIII əsrin əvvəllərində Çingiz xan hakimiyyətə gələndə Yenisey qırğızları ona sülh yolu ilə tabe oldular və könüllü şəkildə Monqol imperiyasının tərkibinə daxil olaraq, müstəqil dövlətlərinə son qoydular. Monqol İmperiyası dövründə Şimali Monqolustanda Yenisey qırğızlarının ərazisi Kem-Kemçik adlı kənd təsərrüfatı koloniyasına çevrildi. Yuan sülaləsinin əsasını qoyan Xubilay xan monqol və xan məmurlarını da (müstəmləkəçilərlə birlikdə) Qırğız və Tıva bölgələrinə hakim kimi göndərdi.

Sonralar Yenisey qırğızlarının bir hissəsi cunqarlar tərəfindən Cunqar xanlığına köçürüldü. 1761-ci ildə cunqarlar Tzin sülaləsi tərəfindən məğlub edildikdən sonra, oyrat dilli cunqarların bir tayfası olan Öeletin bir hissəsi Çinin şimal-şərqindəki (Mancuriya) Nonni hövzəsinə sürgün edildi və bir qrup Yenisey qırğızı da Öeletlərlə birlikdə sürgün edildi.[21][22] Çinin şimal-şərqinə köçən qırğızlar Fuyu qırğızları kimi tanınırdılar. Hazırda onlar əsasən monqol və çinlilər tərəfindən asimliasiyaya uğrayıblar.[23][24][25] Onlardan yalnız kiçik bir hissə qalıb.

Bu gün Yenisey qırğızlarının törəmələri qırğız, xakas, fuyu qırğızları və altay xalqlarıdır.

Etnik mənsubiyyət və dil

[redaktə | mənbəni redaktə et]

Yenisey qırğızları mədəni və dil baxımından türk idilər. Yang Şaofu və başqalarının 852-ci ildə Anksinin himayədarı general Ge Jiayuna istinad edərək tamamladıqları Xu Huiyao soyundan olan Tang Huiyaoya (961-ci il) görə, qırğızlar əsasən Qafqaz xüsusiyyətlərinə, bəziləri isə Şərqi Asiyalı xüsusiyyətlərinə malik olub.[26] Yenisey qırğızlarının mənşəyi barədə xeyli sayda nəşrlərin çap edilməsinə baxmayaraq, onlar kifayət qədər tədqiq edilmədiyindən qırğızların digər qədim və xüsusilə müasir xalqlarla qohumluq əlaqələri məsələsi açıq qalır. Qədim qırğızların hipotetik nəsilləri uzun müddətdir və tez-tez xakaslar kimi xatırlanır.[27] Xiajiasi (黠戛斯) sözündən sovet alimləri xakas etnonimini yaratmışdırlar.[28] Amerika alimi Edwin G.Pulleyblank hesab edir ki, "qırmızı üz və sarı baş" mənası türkcə qïzïl ~ qizqil, yəni "qırmızı" mənasını verən etnonimi izah edən tərcüməçi tərəfindən verilmiş xalq etimologiyası ola bilər.[29]

Bununla belə, bu haqda başqa fərziyyələrdə mövcuddur. Belə ki, Sibir tarixinin tanınmış mütəxəssisi S.V.Baxruşin 1955-ci ildə Yeniseydəki "Qırğız torpağı"nı təsvir edərək yazırdı: "Adına baxmayaraq, qırğızlar onun əhalisinin yalnız kiçik bir hissəsini təşkil edirdi".[30] Sonrakı araşdırmalar təsdiqləyir ki, “Yenisey qırğızları” və “qırğız torpaqları” terminləri səhvən qırğızları nəzərdə tuta bilər, baxmayaraq ki, əslində söhbət XVII əsrin Qırğız Kıştımlarından gedir, onların formalaşmasında isə Xakas etnik qrupu daha böyük rol oynamışdır.[31]

Qədim və müasir qırğızlar: terminologiya

[redaktə | mənbəni redaktə et]

“Yenisey qırğızları” termini sovet tarixçiləri tərəfindən qədim xalqa (yəni Yenisey qırğızlarını) qədim türk “qırğız” etnonimini özündə saxlayan müasir qırğızları ayırd etmək üçün verilmişdir.

Əsasən Qırğızıstanda nəşr olunan bəzi nəşrlərdə və ədəbiyyatda “Yenisey qırğızı” ifadəsi əvəzinə “bayırkı qırğızları”, tərcümədə “qədim qırğız” ifadəsi işlədilir.

Hazırda Yenisey qırğızlarının Asiyanın müasir xalqları ilə əlaqəsini sübut edən sübutlar əlavə tədqiqatlara ehtiyac duyur. Bununla belə, Yenisey qırğızlarının dili - qədim qırğız - qırğız alt qrupunun müasir dillərinin əcdadı hesab olunur: fuyu-qırğız (Mançuriyada kiçik bir qrup), çulım, xakas, şor, sarıq, Cənubi Altay dilləri. XI əsrin ikinci yarısında fuyu qırğızlarının təcrid olunması və köçü Sarıq-Yuğur təcridinə təsadüf edir. Fuyular xakaslarla qohumdurlar və hazırda Çində Qansu əyalətində yaşayırlar. Onlar bu ərazilərdə Qırğız xaqanlığının süqutundan sonra peyda olublar. Beləliklə, fuyular Yenisey qırğızlarının yeganə sübut olunmuş müasir qohumlarıdır. Bununla belə, antik və orta əsrlər dövrlərində Yenisey qırğızlarının Yeniseydən Tyanşana çoxmərhələli köçü haqqında fərziyyə irəli sürən Aleksandr Bernştamın nöqteyi-nəzəri hələ də aktualdır.[32] Bu fərziyə Yenisey qırğızları ilə müasir qırğızların birbaşa qohum olması deməkdir. Qırğızıstanın Koçkor və Talas vadilərində tapılmış qədim türk rünləri ilə Orxon-Yenisey ədəbi dilində yazılmış mətnlər VIII əsrin ikinci yarısına aiddir ki, bu da Yenisey qırğızlarının Yeddisuya erkən köçü dövrünə təsadüf edir. Yenisey qırğızlarının özlərinin kimliyi, yəni XVII əsrdə Rusiyanın Yenisey üzərində hücumuna müqavimət göstərən qədim qırğızların Yenisey qırğızları ilə əlaqəsi hələ də açıq qalır.

  1. Rustam A. Abdumanapov. Абдуманапов Р.А. Происхождение племени дөөлөс в разрезе этногенетических связей кыргызов с Алтаем. (ingilis).
  2. ru:Кызласов, Игорь Леонидович: Кыргызы Енисейские Arxivləşdirilib 2019-03-20 at the Wayback Machine. ru:Большая Российская Энциклопедия.
  3. ""Xipoliya Yanke Suo Jian Xiajiesi Monijiao" ("Siberian Rock Arts and Xiajiesi's Manicheism") 1998 Gansu Mingzu Yanjiu". 2012-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-18.
  4. A. J. Haywood, Siberia: A Cultural History Arxivləşdirilib 2022-04-18 at the Wayback Machine, Oxford University Press, 2010, p.203
  5. Christoph Baumer, The History of Central Asia: The Age of the Steppe Warriors Arxivləşdirilib 2019-07-26 at the Wayback Machine, I.B.Tauris, 2012, p.171
  6. Pulleyblank, Edwin G. "The Name of the Kirghiz" in Central Asiatic Journal, Vol. 34, No. 1/2 (1990). Harrassowitz Verlag. page 98-99 of 98-108
  7. Golden, Peter B. "The Turkic World in Mahmûd al-Kâshgarî" (PDF). Türkologiya 4. 2017: 16. 2022-04-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-18.
  8. Golden, Peter B. (August 2018). "The Ethnogonic Tales of the Türks". The Medieval History Journal, 21(2): 302.
  9. Youzang Zazu vol. 4 Arxivləşdirilib 2022-04-18 at the Wayback Machine
  10. Lee & Kuang (2017) "A Comparative Analysis of Chinese Historical Sources and Y-DNA Studies with Regard to the Early and Medieval Turkic Peoples", Inner Asia 19. p. 204-205 of 197-239
  11. Golden, Peter B. (August 2018). "The Ethnogonic Tales of the Türks". The Medieval History Journal, 21(2): 297-304
  12. Kenzheakhmet, Nurlan (2014). "Ethnonyms and Toponyms" of the Old Turkic Inscriptions in Chinese sources". Studia et Documenta Turcologica. II. p. 299 of 287–316.
  13. Veronika Veit, redaktorThe role of women in the Altaic world: Permanent International Altaistic Conference, 44th meeting, Walberberg, 26-31 August 2001. 152 of Asiatische Forschungen (illustrated). Otto Harrassowitz Verlag. 2007. səh. 61. ISBN 978-3447055376. 9 July 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 February 2012.
  14. Michael Robert Drompp. Tang China and the collapse of the Uighur Empire: a documentary history. 13 of Brill's Inner Asian library (illustrated). BRILL. 2005. səh. 126. ISBN 9004141294. 9 July 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 February 2012.
  15. Kyzlasov, Leonid R. The Urban Civilization of Northern and Innermost Asia Historical and Archaeological Research (PDF). Curatores seriei VICTOR SPINEI et IONEL CANDEÂ VII. The Urban Civilization of Northern and Innermost Asia Historical and Archaeological Research. ROMANIAN ACADEMY INSTITUTE OF ARCHAEOLOGY OF IAȘI Editura Academiei Romane - Editura Istros. 2010. səh. 245. ISBN 978-973-27-1962-6. Florilegium magistrorum historiae archaeologiaeque Antiqutatis et Medii Aevi. 2021-10-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-25.
  16. Veronika Veit, redaktorThe role of women in the Altaic world: Permanent International Altaistic Conference, 44th meeting, Walberberg, 26-31 August 2001. 152 of Asiatische Forschungen (illustrated). Otto Harrassowitz Verlag. 2007. səh. 61. ISBN 978-3447055376. 9 July 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 February 2012.
  17. Michael R. Drompp. "Breaking the Orkhon tradition: Kirghiz adherence to the Yenisei region after A. D. 840". en:Journal of the American Oriental Society. 119 (3). 1999: 390–403. doi:10.2307/605932. JSTOR 605932.
  18. 1 2 Michael Robert Drompp. Tang China and the collapse of the Uighur Empire: a documentary history. Brill's Inner Asian library. 13. Brill. 2005. ISBN 9004141294. 2014-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-25.
  19. Concise Encyclopedia of Languages of the World. Elsevier. 6 April 2010. 610–. ISBN 978-0-08-087775-4. 25 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 April 2022.
  20. Pál Nyíri; Joana Breidenbach. China Inside Out: Contemporary Chinese Nationalism and Transnationalism. Central European University Press. 2005. 275–. ISBN 978-963-7326-14-1. 2022-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-25.
  21. Juha Janhunen. Manchuria: An Ethnic History. Finno-Ugrian Society. 1996. 111–112. ISBN 978-951-9403-84-7. 2022-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-25.
  22. Stephen A. Wurm; Peter Mühlhäusler; Darrell T. Tryon, redaktorlar Atlas of Languages of Intercultural Communication in the Pacific, Asia, and the Americas. de Gruyter. February 11, 2011. səh. 831. ISBN 9783110819724. April 25, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 25, 2022.
  23. Tchoroev (Chorotegin) 2003 Arxivləşdirilib 2022-04-26 at the Wayback Machine, p. 110.
  24. "Pozzi & Janhunen & Weiers 2006, p. 113". 2022-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-25.
  25. Giovanni Stary; Alessandra Pozzi; Juha Antero Janhunen; Michael Weiers. Tumen Jalafun Jecen Aku: Manchu Studies in Honour of Giovanni Stary. Otto Harrassowitz Verlag. 2006. 112–. ISBN 978-3-447-05378-5. 2022-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-25.
  26. Lung, Rachel. Interpreters in Early Imperial China. John Benjamins Publishing Company. 2011. səh. 108. ISBN 978-9027224446. 26 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 February 2012.
  27. См., напр., работы Л. А. Евтюховой, фактически отождествляющей два этноса: 1) Археологические памятники енисейских кыргызов (хакасов). — Абакан, 1948; 2) Южная Сибирь в древности // По следам древних культур. От Волги до Тихого океана. — М., 1954. — С. 193—224. Arxivləşdirilib 2018-07-22 at the Wayback Machine — C. 207.
  28. Lee & Kuang (2017) "A Comparative Analysis of Chinese Historical Sources and Y-DNA Studies with Regard to the Early and Medieval Turkic Peoples", Inner Asia 19. p. 216 of 197-239
  29. Pulleyblank, Edwin G. "The Name of the Kirghiz" in Central Asiatic Journal, Vol. 34, No. 1/2 (1990). Harrassowitz Verlag. page 105 of 98-108
  30. Бахрушин С. В.. Енисейские киргизы в XVII в. // Исторические труды. Т. III. Ч. 2. — М.: Издательство АН СССР, 1955. — С. 176—224. — С. 176
  31. Потапов Л. П. Хакасы // Народы Сибири. — М.-Л., 1956. — С. 376—419. — С. 384.
  32. Бернштам А. Н. История кыргыз и Киргизстана с древнейших времён до монгольского завоевания // Краткие сообщения Института истории материальной культуры. — М.-Л., 1947. — Вып. 16. — С. 176—177.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]