Üzeyir Hacıbəyovun heykəli (Bakı, 1960) — Vikipediya
Üzeyir Hacıbəyovun heykəli | |
---|---|
Ölkə | Azərbaycan |
Yerləşir | Bakı |
Heykəltaraş | Tokay Məmmədov |
Memar | Q. Muxtarov |
Tikilib | 1960 |
Vəziyyəti | 2014-cü ildə yenilənmişdir |
Hündürlüyü | 6 metr |
Material | Tunc qranit |
Üzeyir Hacıbəyovun heykəli — azərbaycanlı bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, Azərbaycan Respublikası himninin bəstəkarı, müsəlman şərqində ilk operanın müəllifi Üzeyir Hacıbəyova ucaldılmış abidə.
Tarixi
[redaktə | vikimətni redaktə et]1960-cı ildə Tokay Məmmədovun yaratdığı Üzeyir Hacıbəyov heykəlin hündürlüyü 2,9 metrdir və tuncdan tökülüb. 3,1 metr hündürlükdə olan qranit pyedestalda bəstəkarın adını daşıyan Bakı Musiqi Akademiyasının önündə ucaldılmışdır.
Yenilənməsi
[redaktə | vikimətni redaktə et]2014-cü ildə bərpa zamanı heykəl qara rəngə boyanıb bu isə etirazlara səbəb olub. Ekspertlər bildiriblər ki, Abşeron tarixi memarlıq abidələrinin rəngi boz və qumral olaraq qəbul edilib. Bu da Abşeron yarımadasının təbiətinə uyğunlaşdırılıb. Hazırda abidənin parlaq qara rəngə boyanması isə incəsənət aləmində qəbul olunmayıb.[1]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Üzeyir Hacıbəyovun heykəli". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-24.