Astara (qəzet) — Vikipediya
Astara | |
---|---|
Baş redaktor | Əlvan İbayev |
Yaranma tarixi | 1932 |
Dil | talış dili, Azərbaycan dili |
Ünvan | Astara rayonu |
Astara — Azərbaycan Respublikasının Astara rayonunda nəşr olunan aylıq region qəzeti.[1]
Qəzet 1932-ci ildən indiyədək müxtəlif adlarda – Sovet dövründə "Ostoro kolxozçi", "Kolxoz tribunası", "Sovet Astarası"[2] adları ilə çıxmış, hazırda "Astara" adı ilə nəşr olunur.[1]
Tarixi
[redaktə | vikimətni redaktə et]Astarada ilk qəzet 1932-ci ildə nəşr edilmişdir. Rayonun ictimai-siyasi həyatını əks etdirən qəzetin adı talış dilində "Ostoro kolxozçi" ("Astara kolxozçusu") olub. "Ostoro kolxozçi" qəzeti 1938-ci ilə qədər Azərbaycan və talış dillərində çap olunmuşdur. 1938-ci ildən isə təkcə Azərbaycan dilində nəşr olunur.[3]
"Ostoro kolxozçi" qəzeti sonralar "Kolxoz tribunası", "Sovet Astarası" adlanmışdır. Qəzet 1990-cı ildən "Astara" adlanır. 1990–1993-cü illərdə "Astara" qəzetində talış dilində də səhifə olub.[3]
Qəzetin 80 illik yubileyi ilə əlaqədar 17 iyul 2012-ci ildə tədbir keçirilib.[1]
13 iyul 2018-ci ildə "Astara" qəzetinin 85 illik yubileyi qeyd edilib.[4]
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 80 yaşlı "Astara" qəzetinin yubileyi və milli mətbuatın bayramı qeyd olundu. astara-ih.gov.az, 18.07.2012 (az.)
- ↑ Şahverdiyev A. B. Azərbaycan mətbuatı tarixi. "Təhsil" nəşriyyatı, 2006
- ↑ 1 2 Şükürzadə, İldırım. "Bölgəmizin mətbuat tarxindən". Cenub.az - Regional Qazet (az.). 2024-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-04.
- ↑ "'Astara' qəzetinin 85 illik yubileyi qeyd edilib". www.yeniavaz.com (az.). 2023-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-06.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- astarainfo.az — "Astara" qəzetinin rəsmi saytı
Qəzet haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |