Baku eşçese — Vikipediya
Baku eşçese | |
---|---|
Yaranma tarixi | 1930 |
Dil | Tatar dili |
Nəşrini dayandırıb | 1938 |
Baş ofis |
Baku eşçese (Bakı işçisi) — Azərbaycan SSR-də tatar dilində çıxan həftəlik respublika ictimai-siyasi qəzeti. Azərbaycan K(b)P MK vilayət komitəsinin mətbuat orqanı idi.
Qəzet Bakının neft mədənlərində çalışan tatar işçiləri üçün nəzərdə tutulmuşdu. Qəzet sənayeləşmə, savadsızlığın aradan qaldırılması kimi mövzuları əhatə edirdi.[1]
Qəzetin nəşri 1930-cu il aprelin 28-də başlayıb. 1937-ci ildə qəzetin baş redaktoru Abdulla Boqdanov repressiya edilib.[1] 1938-ci il martın 11-də isə qəzetin nəşri dayandırılıb. Fəaliyyət göstərdiyi illər ərzində 822 nömrə buraxılıb.[2]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 "Татары Азербайджана: история и современность - К предстоящему визиту Минниханова в Баку". caliber.az (rus). 5 noyabr 2024. İstifadə tarixi: 4 noyabr 2024.
- ↑ "Судьба татарской прессы 1930-е гг". 2016-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-09.