Göyəzən (qəzet) — Vikipediya

Göyəzən
Format A4
Baş redaktor Elçin İsmayıl
Yaranma tarixi 12 mart 1932 (92 il əvvəl) (1932-03-12)
Dil Azərbaycan dili
Qiymət 50 qəpik
Səhifə 4
Şəhər Qazax
Ölkə Azərbaycan
Tiraj 3000 (2007 tarixinə görə)[1]

Göyəzən qəzeti - Qazax rayonunun rəsmi orqanı. Baş redaktoru Elçin İsmayıldır. Qəzet A2 formatında 4 səhifədən ibarətdir. Azərbaycanda bu formatda nəşr olunan yeganə rayon qəzetidir.

Qəzet 12 mart 1932-ci ildə Qazax rayonunda "Kommuna yolu" adı ilə nəşr olunmağa başlamış, 1968-ci ildə isə adını dəyişərək Qalibiyyət bayrağı adı ilə fəaliyyətinə davam etmişdir. 1980-ci illərdə 14 min tiraja malik qəzet SSRİ-nin süqutundan sonra fəaliyyətini azaltdı. 1988-ci ildə yenidən adını dəyişən qəzetin son adı "Göyəzən" oldu. Azərbaycan respublikası qurulandan sonra qəzet ildə 1-2 dəfə olmaqla az tirajla çıxırdı. 2007-ci ildən başlayaraq ayda iki dəfə nəşr olunmağa başladı. Həmin il qəzetin tirajı 3000 ədəd idi.

  1. Talıbzadə, Məltəm. "Baş redaktor: "Göyəzən" yeganə qəzetdir ki, xüsusi poçtalyonu var"". modern.az. 21 avqust 2014. İstifadə tarixi: 6 oktyabr 2017.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]