Dəvət-Qoç (qəzet) — Vikipediya


Dəvət-Qoç
az.-əski. دعوت
erm. Կոչ
Nəşriyyat İsa bəy Aşurbəyov
Redaktor
Yaranma tarixi 26 may (8 iyun) 1906
Dil Azərbaycan dili, erməni dili
Nəşrini dayandırıb 6 (19) avqust 1906
Baş ofis
Ölkə

Dəvət-Qoç (az.-əski. دعوت‎; erm. Կոչ) — Bakıda 1906-cı ildə Azərbaycanerməni dillərində çıxan leqal bolşevik qəzeti.[1]

Yarandığı tarix

[redaktə | vikimətni redaktə et]

Bakıda həftədə iki dəfə, iki səhifəsi Azərbaycan, iki səhifəsi erməni dillərində çap edilirdi. Qəzet əsas etibarilə erməni-müsəlman qırğınının qarşısını almaq uğrunda mübarizə aparırdı. Qəzet İsa bəy Aşurbəyovun müdirliyi altında çıxsa da qəzetin təşkilində mühüm rolu Mir Həsən Mövsümov oynamışdı. Qəzetin səhifələrində onun bir sıra felyetonları dərc edilmişdi.

"Hümmət", "Bakinskiy raboçi" kimi qəzetlərlə yanaşı, 1906-cı ilin may ayının 26-da həftədə iki dəfə işıq üzü görən, bolşeviklərin ilk leqal qəzeti "Dəvət- Qoç" nəşrə başladı.[2] İlk sayında sosial-demokrat ideyasının təbliğ edən, xalqlar arasında dinc birgəyaşayışın lazımlığını qəzet səhifəsinə çıxaran "Dəvət-Qoç"un cəmi 19 nömrəsini çap etmək mümkün olub. Qəzetin təşkilində və işində görkəmli bolşeviklərdən M.Ə.Əzizbəyov, P.A.Çaparidze, S.M.Əfəndiyev, V.A.Radus-Zankoviç, V.P.Nagin və başqaları fəal iştirak edirdilər.

"Dəvət-Qoç" qəzetlərinin aparıcı qələm insanları, publisistləri, partiya fəalları daxil idi. Onlardan S.M.Əfəndiyevi, Ə.Axundovu, M.Əzizbəyovu, M.F.Musəvini, Z.Zeynalovu və sosial-demokratiya ideyasından milli mövqeyə keçmiş M.Ə.Rəsulzadəni və əmisi oğlu Məhəmmədəli Rəsulzadəni göstərmək olar. Redaksiyada təşkilati və yaradıcılıq işinin əsas ağırlığını birinci növbədə S.M.Əfəndiyev öz üzərinə götürmüşdü.

  1. Дәвәт-Гоч // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. III ҹилд: ГајыбовЕлдаров. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1979. С. 391–392.
  2. "Muzeydə XX əsrin əvvəlinə aid bolşevik mətbuatı nümunələri qorunur". azhistorymuseum.gov.az (az.). 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2020.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]