Bürhani-Həqiqət — Vikipediya

Bürhani-həqiqət
az.-əski. برهان حقیقت
Növ ədəbi, ictimai-siyasi jurnal
Redaktor
Yaranma tarixi 1 (14) yanvar 1917
Dil Azərbaycan dili
Nəşrini dayandırıb 29 iyun (12 iyul) 1917
Səhifə 8 səhifə
Baş ofis
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bürhani-həqiqət (az.-əski. برهان حقیقت‎) — İrəvanda Azərbaycan dilində çap olunan ədəbi, ictimai-siyasi jurnal. Jurnal əsasən maarifçi-realist ədəbiyyatın mövqeyini müdafiə edirdi.

1917-ci il yanvarın 1-dən iyunun 29-dək İrəvanda Azərbaycan dilində çap olunmuşdur. Cəmi 9 nömrəsi çap olunmuşdur. Müdir və mühərriri Əli Hacı Zeynalabdinzadə (Rəhimov), naşiri Həsən Mirzəzadə (Əliyev) idi.[1] Jurnal bir tərəfdən elm və maarifə çağırır, digər tərəfdən isə dini ehkamları müdafiə edirdi[2].

"Bürhani-həqiqət" jurnalının İrəvan şəhərindəki "Luys" mətbəəsində ilk nömrəsi 1 yanvar 1917-ci ildə, sonuncu nömrəsi isə elə həmin ilin 29 iyununda çapdan buraxılmışdır. Sərlövhə altında "Etiraf, tərəqqi, etimad... hələlik ayda iki dəfə nəşr olunan ədəbi, siyasi, tarixi, elmi və fənni məcmuəsidir". Müdiri və mühərriri Əli Hacı Zeynalabdınzadə Rəhimov (Məhzun), naşiri Həsən Mirzəzadə (Əliyev) olmuşdur. "Bürhani-həqiqət" jurnalının cəmi 9 nömrəsi işıq üzü görmüşdür. Həmin nömrələrdə əsasən bədii və publisistik materiallar dərc edilmişdir. "Bürhani-həqiqət"in səhifələrində Əli Məhzun, Cabbar Əsgərzadə (Aciz İrəvani), Əbdülhəq Mehrülnisa, Səri Xanım, T.Fikrət, Ə.Sədi, Təhsin Nahid, H.Rəmzi, Təhsin İrəvani, Mirzə Cabbar Məmmədov və başqalarınin orijinal, iqtibas və tərcümə əsərləri çap olunmuşdur.

"Bürhani-həqiqət" jurnalını nəşr etmək barədə Ə.H.Zeynalabdınzadəyə icazə verilməsi haqqında sənəd Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivində qorunur.[3][4]

  • Ziyəddin Məhərrəmov, "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, Nurlan, 2010.
  • Hüseyn Həşimli. Əli Məhzun və "Ədəbiyyata dair" əsəri. Bakı: Nurlan, 2009, 80 səh.
  1. BÜRHANİ-HƏQİQƏT // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 259. ISBN 978-9952-441-02-4.
  2. "Azərbaycan klassik ədəbiyyatında işlədilən adların və terminlərin şərhi". Tərtib edəni A.M. Babayev, Bakı, "Maarif", 1993, səhifə 41.
  3. Mərkəzi Dövlət Tarix Arxivi, fond 1183, iş 680, vərəq 9.
  4. Gürcüstan Dövlət arxivi, fond, 480, siyahı 1, iş №1113.