Cəhriçay — Vikipediya

Cəhriçay
Ölkə
Mənbəyi Dərələyəz silsiləsi
Mənsəbi Naxçıvançay
Uzunluğu
  • təq. 40 km
Hövzəsinin sahəsi 442 km²

Cəhriçay — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində çay. Naxçıvançayın sağ qolu.

  • Uzunluğu 45 km.
  • Hövzəsinin sahəsi 442 km2

Dərələyəz silsiləsindən 2320 m hündürlükdən başlayır. Qar, yağış və yeraltı sularla qidalanır. Suvarmada istifadə olunur.

Cəhriçay Çınqıl-Qum Qarışığı Yatağı

[redaktə | vikimətni redaktə et]

Cəhriçay hövzəsində, Cəhri qəsəbəsinin cənub qərb və qərb hissələrindədir. Geoloji quruluşunda müasir dövrün allüvial-delüvial çöküntüləri — çaqıl, çınqıl və qum qarışığı iştirak edir.

Sahəsi 2,18 km2, faydalı qatın qalınlığı 4,84 m=ə qədərdir. Çınqıl-qum qarışığı hidotexniki tikinti işləti üçün öyrənilmişdir.

Yatağın sənayə ehtiyatı 10094 min m3 təşkil edir.

Cəhriçay Mergel Yatağı

[redaktə | vikimətni redaktə et]

Naxçıvan şəhərindən 25–30 km şimalda Cəhriçayın hövzəsində yerləşir.

Geoloji quruluşunda üst təbaşirin Kampan və Santon mərtəbələrinin, əhəngdaşı, mergel, əhəngli mergel və gilli mergel süxurları iştirak edir.

Sahəsi 6,4 km2, faydalı qatın öyrənilmiş qalınlığı 63 metr-ə çatır.

Yatağda yayılmış süxurlar sement istehsalı üçün yararlıdır.

Yatağın sənaye ehtiyatı 1049 mln. tondur.

  • Naxçıvan Ensklopediaysı, I cild.