İmamverdi Əliyev — Vikipediya
İmamverdi Əliyev | |
---|---|
İmamverdi Barat oğlu Əliyev | |
Doğum tarixi | |
Doğum yeri | Xəlfəli, İmişli rayonu, Azərbaycan SSR |
Vəfat tarixi | (41 yaşında) |
Vəfat yeri | Şaqax, Hadrut rayonu, Azərbaycan SSR |
Vəfat səbəbi | şəhid olub |
Dəfn yeri | Xəlfəli, İmişli rayonu, Azərbaycan SSR |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Barat |
Milliyyəti | azərbaycanlı |
Mükafatları |
İmamverdi Əliyev (1 oktyabr 1950, Qulubəyli, İmişli rayonu – 15 oktyabr 1991, Xocavənd rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.
Həyatı
[redaktə | vikimətni redaktə et]İmamverdi Barat oğlu Əliyev 1 oktyabr 1950-ci ildə İmişli rayonunun Xəlfəli kəndində anadan olmuşdur. 1969-cu ildə Xəlfəli kənd tam orta məktəbini bitirmişdir. Məktəbi bitirdikdən sonra İmişli rayonu Hərbi Komissarlığının göndərişi ilə Saatlı rayonunda sürücülük kursunu bitirmişdir. 1970-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. 1972-ci ildə ordudan tərxis olunduqdan sonra Bakı şəhəri Yasamal rayonunun Daxili İşlər Şöbəsində sürücü-milis nəfəri kimi işə başlayıb, oxumaq arzusu ilə 1973–1977-ci illərdə Bakı Mailyyə-Kredit Texnikumunda təhsil almışdır. Sonra Azərbaycan Nəqliyyat milisinin Bakı xətt milisində işləmişdir.
Zabit rütbəsi ilə 1980-ci ildə İmişli rayon DİŞ-də mühafizə bölməsində baş inspektor vəzifəsində çalışıb. 1987-ci ildən İmişli rayonunda qanunçuluğun keşiyində durub.
Döyüşlərdə iştirakı
[redaktə | vikimətni redaktə et]Daha sonra məlum Qarabağ hadisələri başladı. O zaman Cəbrayıl rayonunun müdafiəsində dörd erməni tankını məhv edən, Hadrud rayonunun Şaqax kəndi yaxınlığında iki yüz azğın düşmənə qarşı on altı saat döyüşüb, 28 nəfər erməni quldurunu yerə sərən İmamverdi Əliyev özü də şəhid oldu. Bütün bunlar 1991-ci il 15 noyabr-da səhər çağı baş verdi.
Ailəsi
[redaktə | vikimətni redaktə et]Ailəli idi. İki övladı var.
Milli Qəhrəman
[redaktə | vikimətni redaktə et]Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əliyev İmamverdi Barat oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
İmişli rayonunda dəfn edilmişdir.
İmişli sakinləri bu gün İmamverdi Əliyev adı ilə ünvanlanmış küçədən iftixar hissi ilə keçirlər.
İmişli rayon Daxili İşlər Şöbəsi binasının önündə büstü qoyulmuşdur.
İstinadlar
[redaktə | vikimətni redaktə et]Mənbə
[redaktə | vikimətni redaktə et]- Milli qəhrəmanımız — İmamverdi Əliyev
- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 85.