Etibar Hacıyev — Vikipediya

Etibar Hacıyev
Etibar Firudin oğlu Hacıyev
Şəxsi məlumatlar
Doğum tarixi 5 aprel 1971(1971-04-05)
Doğum yeri
Vəfat tarixi 15 iyun 1992(1992-06-15) (21 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Təhsili
  • Zod kənd orta məktəbi[d]
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi Əsgər
Döyüşlər Birinci Qarabağ müharibəsi
Təltifləri "Qızıl Ulduz" medalı

Hacıyev Etibar Firudin oğlu (5 aprel 1971, Zod, Vardenis rayonu15 iyun 1992, Aşağı Ağcakənd, Goranboy rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Etibar Hacıyev 1971-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun (Vardenis) Zod kəndində anadan olmuşdur. Zod kənd orta məktəbini bitirdikdən sonra bir müddət sovxozda işləmişdir. Erməni millətçiləri və separatçıları tərəfindən oradakı soydaşlarımız qovulan zaman onun ailəsi Kəlbəcər rayonuna pənah gətirir. Etibar 1989-cu ildə hərbi xidmətə çağırılır, ordudan tərxis edildikdən sonra isə vətənə geri dönür.

Döyüşlərdə iştirakı

[redaktə | vikimətni redaktə et]

1992-ci ildə Etibar könüllü olaraq Milli Orduya yazılır və torpaqlarımızın müdafiəsinə qalxır. Böyük Canbar, Kiçik Canbar, Buzluq, Erkəç kəndlərinin erməni quldurlarından azad edilməsində xüsusi fədakarlıq göstərir. 1992-ci il 15 iyun Goranboy rayonunun Ağcakənd kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olur.

Subay idi.

Milli Qəhrəman

[redaktə | vikimətni redaktə et]

Azərbaycan Respublikası prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Hacıyev Etibar Firudin oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[1]

Göygöl rayonunda dəfn edilmişdir.

Göygöl rayonunda küçələrdən biri qəhrəmanımızın adını daşıyır.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]
  1. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Azərbaycanın Milli Qəhrəmanı" adı verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Əbülfəz Elçibəyin 23 iyun 1992-ci il tarixli 6 nömrəli fərmanı" (az.). www.e-qanun.az. 1992-06-23. 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-31.