Paşa Təhməzov — Vikipediya

PAŞA TƏHMƏZOV
Paşa Qurban oğlu Təhməzov
Doğum tarixi 23 mart 1949(1949-03-23)
Doğum yeri
Vəfat tarixi 23 avqust 1993(1993-08-23) (44 yaşında)
Vəfat yeri
Vəfat səbəbi döyüşdə ölüm
Dəfn yeri
  • Lənkəran Şəhidlər Xiyabanı[d]
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Dini İslam
Mükafatları "Qızıl Ulduz" medalı

Paşa Qurban oğlu Təhməzov (23 mart 1949, Lənkəran23 avqust 1993, Lənkəran) — Azərbaycanın Milli Qəhrəmanı.

Paşa Təhməzov 23 mart 1949-cu il Lənkəran şəhərində doğulmuşdur[1]. 1964-cü ildə burada 6 saylı orta məktəbi bitirmişdir. Əmək fəaliyyətinə Əhaliyə Məişət Xidməti İstehsalat Kombinatında usta köməkçisi kimi başlamışdır. 1993-cü il 23 avqustda Azərbaycanın cənub bölgəsində vəziyyət gərginləşəndə P. Təhməzov silaha sarılaraq "Talış Muğan Respublikası" adı ilə baş qaldıran daxili çəkişmələrin qarşısını almağa yollanır. Paşa Təhməzov dövlətçiliyimizin qorunması uğrunda öz canını əsirgəmir. Cinayətkar dəstə ilə baş verən qarşıdurma nəticəsində Paşa Təhməzov qəhrəmancasına həlak olur.

Ailəli idi, üç övladı qalıb.

Azərbaycan Respublikası prezidentinin 24 avqust 1993-cü il tarixli 740 saylı fərmanı ilə Təhməzov Paşa Qurban oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Lənkəran şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Lənkəran şəhərində küçələrdən biri Paşa Təhməzovun adını daşıyır.

Lənkəran şəhərində yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.

Lənkəran şəhərinin "23-Avqust" meydanında büstü qoyulub.

Bakı şəhərinin Lökbatan qəsəbəsində Paşa Təhməzovun adını daşıyan park mövcuddur.

  1. "Paşa Təhməzov (1949-1993) — sabuncu.libmks.az saytı". 2014-04-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-09.