Şamil Ramazanov — Vikipediya
Şamil Ramazanov | |
---|---|
Şamil Ağasəf oğlu Ramazanov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Rəhimli, Ağsu rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vəfat səbəbi | şəhid |
Dəfn yeri | Rəhimli, Ağsu rayonu |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru qoşunları |
Xidmət illəri | 1994–1995 |
Rütbəsi | Əsgər |
Döyüşlər | Mart hadisələri |
Təltifləri |
Şamil Ramazanov (19 yanvar 1976, Ağsu – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri şəhidi.
Həyatı
[redaktə | vikimətni redaktə et]19 yanvar 1976-cı ildə Ağsu rayonunun Rəhimli kəndində anadan olmuşdur. 1983-1993-cü illərdə burada orta məktəbdə təhsil almışdır. 19 mart 1994-cü ildə Ağsu rayonunda hərbi xidmətə çağırılır. Gəncə şəhərindəki "N" saylı hərbi hissədə təlim keçən Şamil komandirlərin verdiyi tapşırıqları layiqincə yerinə yetirir, tez bir zamanda bütün silahlardan istifadə etməyi öyrənmişdi. 1995-ci il məlum 13-17 mart hadisələri baş verdi, silahlı dəstənin zərərsizləşdirilməsi zamanı cəsur əsgər qəhrəmancasına həlak oldu.
Ailəsi
[redaktə | vikimətni redaktə et]Subay idi.
Milli Qəhrəman
[redaktə | vikimətni redaktə et]Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Ramazanov Şamil Ağasəf oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Ağsu rayonunun Rəhimli kəndində dəfn edilmişdir.
Ağsu rayonunun mərkəzi Kinoteatrı qəhrəmanımızın adını daşıyır.
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 239.