Rövşən Əkbərov — Vikipediya

Rövşən Əkbərov
Şəxsi məlumatlar
Doğum tarixi 4 iyun 1965(1965-06-04) (59 yaş)
Doğum yeri
Vətəndaşlığı
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 1986–2020
Rütbəsi
General-leytenant
Döyüşlər
Təltifləri
"Qızıl Ulduz" medalı
"Azərbaycan Bayrağı" ordeni — 1993 "Azərbaycan Bayrağı" ordeni — 1995 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni "Vətən uğrunda" medalı — 2003 "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əkbərov Rövşən Telman oğlu (4 iyun 1965, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, ehtiyatda olan general-leytenant.

Rövşən Əkbərov 4 iyun 1965-ci ildə Bakı şəhərində dünyaya gəlmişdir.

1972-ci ildə 42 nömrəli orta məktəbin birinci sinfinə getmiş, səkkizinci sinfə qədər burada təhsil almışdır. 1979-cu ildə C. Naxçıvanski adına hərbi məktəbə daxil olmuşdur. 1982-ci ildə təhsilini müvəffəqiyyətlə başa vuraraq Kiyev Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olur.

1986-cı ildə təyinatla Zaqafqaziya hərbi dairəsi komandanlığının sərəncamına göndərilir. 1987-ci ildə xidmət etdiyi ordunun tərkibində Əfqanıstana göndərilir.

1988-ci ildə Zaqafqaziya Hərbi Dairəsinə dönür. 1989-cu ildə xidmət etdiyi alayda bölük komandiri vəzifəsinə təyin edilir. 1993–1995-ci illərdə hərbi hissədə bölük komandiri olmuşdur. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən Rövşən Əkbərov 1995-ci il mart hadisələri zamanı silahlı dəstənin zərərsizləşdirilməsində də iştirak etmişdir. General-leytenant rütbəsinə qədər yüksələn Rövşən Əkbərov 1999-cu ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbinin, 2002-ci ildə isə Ukrayna Hərbi Akademiyasının müdavimi olmuşdur.

2002-ci ildən general-leytenantdır. 2011-ci ilin fevralında Ordu korpuslarından birinin komandiri təyin olunub[1].

2020-ci ildə Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.

16 mart 2021-ci ildə həbs edilib.[2]

Ailəlidir, dörd övladı var.

  1. "general-leytenant Rövşən Əkbərov artıq yeni vəzifəsinin icrasına başlayıb". 2015-06-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-23.
  2. Baş Prokurorluq ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbs edilməsini təsdiqləyib
  3. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 14.12.1993-cü il tarixli Sərəncamı". www.e-qanun.az (az.)). 14.12.1993. 2021-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17.03.2021.