Ülvi Quliyev — Vikipediya
Ülvi Quliyev | |
---|---|
Vəzifədədir | |
2005-ci ildən | |
Vəzifədədir | |
1992-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum adı | Quliyev Ülvi Zahid oğlu |
Doğum tarixi | 17 sentyabr 1966 (58 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | atlet, siyasətçi |
Atası | Zahid Quliyev |
| |
Təltifləri |
Ülvi Quliyev (tam adı: Quliyev Ülvi Zahid oğlu, 17 sentyabr 1966, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı[1], Gənclər və idman, Səhiyyə komitəsinin üzvü, Azərbaycan Karate Federasiyasının prezidenti.[2]
Həyatı
[redaktə | vikimətni redaktə et]Ülvi Quiyev 17 sentyabr 1966-cı ildə Bakı şəhərində, professor Zahid Quliyevin ailəsində anadan olub. 1983-cü ildə Bakı şəhəri , Nəsimi rayonu 9 saylı orta məktəbi bitirmişdir. 1983–1988-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinun əczaçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1998–2002-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir[3].
Evlidir, 2 övladı var. Dilçilik elimləri doktoru, professor Zahid Quliyevin oğludur.
İdman fəaliyyəti
[redaktə | vikimətni redaktə et]Karate idman növü üzrə VIII Dan qara kəmər sahibi[4], Karate idman növü üzrə Avropa və Dünya çempionudur.[5] Azərbaycan Respublikasının "Əməkdar İdman ustası", Azərbaycan Respublikasının "Əməkdar Məşqçi", Azərbaycan Respublikasının Prezidentinin 2008-ci il 5 mart tarixli Sərəncamı ilə "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi" fəxri adına layiq görülüb.[4] 1992–1997-ci illərdə Azərbaycan Respublikası Karate-do Federasiyasının Prezidenti, 1997-ci ildən Azərbaycan Karate Federasiyasının prezidentidir.[2]
İctimai-siyasi fəaliyyəti
[redaktə | vikimətni redaktə et]1988-ci ildən aptekdə provizor, baş provizor, aptek müdiri işləmişdir.[6] 2002-ci ildən Dövlət Gömrük Komitəsinin şöbə rəisi[6], 2005-ci ildə "Gömrükçü" İdman Sağlamlıq Mərkəzi baş direktorunun müavini(Gömrük Xidməti, Polkovnik-Leytenantı) vəzifələrində çalışmışdır.[6]
2005-ci ildə 21 saylı Nəsimi 1-ci seçki dairəsindən (III çağırış- Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü)[6], 2010-cu ildə 17 saylı Yasamal 3-cü seçki dairəsindən(IV çağırış- Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü)[7], 2015-ci ildə 15 saylı Yasamal 1-ci seçki dairəsindən (V çağırış)deputat seçilib və Gənclər və idman komitəsinin sədr müavini vəzifəsində çalışıb.[6] 2018-ci ildə Gənclər və idman komitəsinin Sədri seçilmişdir. 2020-ci ildə 15 saylı Yasamal 1-ci seçki dairəsindən (VI çağırış -Gənclər və idman komitəsinin, Səhiyyə komitəsinin üzvü) deputat seçilmişdir.
Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyasının üzvü, Almaniya Federativ Respublikası, Belçika, Böyük Britaniya, Çexiya, Koreya, Rusiya və Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Bitərəfdir.[8]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Türksoy, Günel. "Ülvi Quliyev komitə sədri seçildi". qafqazinfo.az. 31.05.2018. 2021-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 avqust 2018.
- ↑ 1 2 "AKFA-nın prezidenti, millət vəkili Ülvi Quliyev karateçilərimizlə təlim-məşqlərdə". 2020-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 avqust 2018.
- ↑ DEPUTAT ÜLVİ QULİYEV DAİRƏSİNİ DƏYİŞİB NAMİZƏD OLDU [ölü keçid]
- ↑ 1 2 "Azərbaycan Milli Karate Federasiyasının İdarə heyəti". karate.az. 2020-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 avqust 2018.
- ↑ ""İnsanlara yanlış məlumat verirlər" – Ülvi Quliyev". aznews.az. 12 Mart 2015. 2021-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 avqust 2018.
- ↑ 1 2 3 4 5 "Quliyev Ülvi Zahid oğlu – Milli Məclisin deputatı, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Azərbaycan Karate Federasiyasının prezidenti". yasamal-ih.gov.az. 2021-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 avqust 2018.
- ↑ Javadov, Samir. "Millət vəkili Ülvi Quliyev tərəfindən IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək idmançılarımıza dəstək". karabin.az. April 13, 2017. December 18, 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 avqust 2018.
- ↑ "15 saylı Yasamal birinci seçki dairəsi". meclis.gov.az. Azərbaycan Respublikası Milli Məclisi. 2021-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 avqust 2018.