Tahir Rzayev — Vikipediya
Tahir Rzayev | |
---|---|
Vəzifədədir | |
16 noyabr 2001-ci ildən | |
Seçki dairəsi | 2001 — 52 saylı Ağcabədi 2005, 2010, 2015, 2020 — 82 saylı Ağcabədi |
Əvvəlki | Fəxrəddin Həsənov (52 saylı Ağcabədi) Vəzifə təsis edildi. (82 saylı Ağcabədi) |
Sonrakı | Vəzifə ləğv edildi. (52 saylı Ağcabədi) |
Ağcabədi Şəhər Bələdiyyəsinin sədri | |
1999 – 2001 | |
Əvvəlki | Vəzifə təsis olundu. |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 fevral 1950 (74 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
| |
Təltifləri |
Tahir Rzayev (24 fevral 1950, Ağcabədi) — Azərbaycan Respublikasının Milli Məclisi II, III, IV, V və VI çağırış deputatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru.
Həyatı
[redaktə | vikimətni redaktə et]Tahir Rzayev 24 fevral 1950-ci ildə Ağcabədi rayonunun Xəlfərəddin kəndində anadan olmuşdur. O, Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində və Bakı Ali Partiya Məktəbində təhsil almışdır. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 20 kitabın müəllifidir. Rus dilini bilir.
1970-ci ildən Ağcabədi rayonunun tikinti idarələrində fəhlə olaraq çalışmışdır.
Evlidir, 3 övladı var.
İctimai-siyasi fəaliyyəti
[redaktə | vikimətni redaktə et]Tahir Rzayev 1971-ci ildən Ağcabədi rayonunda çıxan "Sürət" qəzetində ədəbi işçi, 1977-ci ildən rayon Komsomol Komitəsinin ikinci katibi, birinci katibi, 1982-ci ildən Ağcabədi Rayon Partiya Komitəsinin təlimatçısı, 1987-ci ildən Ağcabədi Rayon İcraiyyə Komitəsi sədrinin birinci müavini, Ağcabədi Rayon Partiya Komitəsinin ikinci katibi işləmişdir.
1989−1994-cü illərdə rayon yemçilik birliyində fəhlə, "Ülfət" qəzetində ədəbi işçi, "Aran" qəzetində şöbə müdiri, 1994–1999-cu illərdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının köməkçisi, İcra Hakimiyyətinin şöbə müdiri, 1999–2001-ci illərdə Ağcabədi şəhər bələdiyyəsinin sədri vəzifələrində çalışmışdır.
Yeni Azərbaycan Partiyası üzvüdür.
Parlamentdə
[redaktə | vikimətni redaktə et]Azərbaycan Respublikasının Milli Məclisi II, III, IV, V və VI çağırış deputatı seçilmişdir. Aqrar siyasət komitəsinin sədri
2024-cü il oktyabrın 8-də Azərbaycan - Qətər parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[1]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI". Apa.az (az.). 2024-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-22.