Məşədi Dadaş məscidi — Vikipediya
Məşədi Dadaş məscidi | |
---|---|
40°22′57″ şm. e. 49°50′00″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Nəsimi rayonu |
Memar | Məşədi Dadaş Məşədi Zülfüqar oğlu |
Tikilmə tarixi | XVIII əsr |
Vəziyyəti | stabil |
Məşədi Dadaş məscidi — Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi 37-də ("Kubinka" ərazisində) yerləşən tarixi məscid.
Bu məscid təkiyyə olaraq tikilib, yəni İmam Hüseyn üçün əzadarlıq məclisləri təşkil olunan yer olub. Sonradan bura məscid kimi fəaliyyətə başlayıb. Məscid sovet dövründə anbar, kitabxana və klub kimi istifadə olunub. 1990-cı ildən yenidən ibadətgah kimi fəaliyyətini bərpa edib. Müstəqillik dövründə ilk dəfə 2001-ci ildə təmir olunub.
2014-cü ildə məscidin nəzdində "Darul-Hikmət" Elm və Tədris Mərkəzi fəaliyyətə başlayıb. Həmçinin mərkəz nəzdində tələbələrin ixtiyarına verilmiş kitabxana da mövcuddur.
Hazırda məscidin ön hissəsində bu məsciddə ibadət edən İkinci Qarabağ müharibəsi şəhidlərin adları olan lövhə və xatirə tablosu qoyulub. İbadətgahın içəsində də şəhidlərin şəkilləri olan tablo var.
Məscid əsasən 2002–2023-cü illərdə burada axund, imam-camaat və imam-cümə olaraq fəaliyyət göstərmiş Hacı Şahinin adı ilə birgə anılıb.
Tarixi
[redaktə | mənbəni redaktə et]Bir çox məscidlər kimi bu məscid adı onu tikən insanın — Məşədi Dadaşın adı ilə bağlıdır. XVIII əsrdə tikilən məscid təkiyyə məqsədilə tikilib (təkiyyə-İmam Hüseyn məclisləri təşkil olunan yer). Sonradan məscid kimi fəaliyyətə başlayıb. SSRİ dövründə zaman-zaman anbar, kitabxana, klub kimi işlədilib. Müstəqillik əldə edildikdən sonra yenidən fəaliyyətə başlayıb. 1990-cı ildə məscidin dini icması Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- MƏŞƏDİ DADAŞ MƏSCİDİ Arxivləşdirilib 2012-11-14 at the Wayback Machine
- Məşədi Dadaş məscidi