Bakıdakı məscidlərin siyahısı — Vikipediya

Bakı şəhərində yerləşən bir çox məscidlərin siyahısı və qısa məlumatı təqdim olunur.

Seçilmiş siyahı

[redaktə | vikimətni redaktə et]
Cin məscidi
XIV əsr Məscid Şirvаnşаhlаr sаrаy kоmplеksinə daхil olub Şərq darvazasının aşağı hissəsində yerləşir. Fasad üzərində epiqrafik yazı yoxdur. XIV əsrdə inşa olunduğu və adını Qurani Kərimdəki Cin surəsindən aldığı ehtimal edilir. Məhəllə məscidi rolunu oynamışdır.[1] 67
Təkiyə
XIII əsr XIII əsrdə inşa olunmuş təkiyə (dərvişlərin ibadət etdiyi yer) əsasən məhəllə məscidi kimi fəaliyyət göstərmişdir. 74
Hacı Bani məscidi
XVI əsr Şirvanşahlar saray kompleksi yaxınlığında yerləşir. Fasad üzərindəki qısa epiqrafik kitabəyə əsasən memar Hаcı Bаni tərəfindən ХVI əsrdə inşa edilmişdir. Planda mərkəzi künbəzlidir. Girişlə üzbəüz, iri miqyaslı hörgü ilə, stalaktit yaruslu mehrab yerləşir. 77
Molla Əhməd məscidi
XIV əsr İçəri Şəhərin məhəllə məscidləri tipinə aiddir.

[2]

85
Çin məscidi
1375 İçəri Şəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid. [1]
Gileyli məscidi
1309-cu il Köhnə hissə хaçgünbəzli kompozisiya sistemini təşkil edir. 82
Xıdır məscidi
XIV əsr Məscid 1301-ci ildə küçə-pilləkən üzərində tikilmişdir. Bu isə öz növbəsində məscidin memarlıq planlaşdırma üslubuna təsir göstərmişdir.

1988-ci ildə daş qübbənin aşağı mərtəbəsində arxeoloji qazıntılar və portalda bərpa işləri aparılmışdır. Məscid atəşpərəstlik məbədi üzərində inşa olunmuşdur.

84
Həzrəti Əli məscidi
XVII əsr Orta əsr karvan ticarət yolu üzərində yerləşən bu məscid XVII əsrin əvvəllərində inşa edilmişdir. 86
Şeyx İbrahim məscidi
1415/1416 Salyan darvazasına çıxmaq üçün, öz istiqamətini dəyişən ticarət magistralı üzərində yerləşmişdir. 87
Mədrəsə məscid
XV əsr Son orta əsrlərdə əsasən məscid-mədrəsə kimi fəaliyyət göstərmiş bu abidə İçərişəhərdə mövcud olmuş Came məscidinin hal-hazıra qədər qalmış hücrələrindən biridir. 88
Cümə məscidi
1899 Məscidin divarına həkk olunmuş binanın inşası haqqında olan kitabədə yazılıb:

"709-cu ilin rəcəb ayında H. Q. Rəcəb 709 = M. 12 dekabr 1309 – 9 yanvar 1310</ref> Əmir Şərəfəddin Mahmud bu tikilini yeniləmək əmri vermişdir".[3]

89
Xanlar məscidi
XIX əsrin sonları XIX əsrin sonunda Хanlarov qardaşları tərəfindən sifariş edilmişdir. Hazırda yaşayış evi kimi istifadə olunur. 90 Arxivləşdirilib 2014-11-08 at the Wayback Machine
Aşur məscidi
1169 İçərişəhərin tarixi mərkəzində Qız qalası ilə Sınıqqala məscidi arasında yerləşən qədim məscid 91
Tuba Şahi məscidi
1481 Bakının Mərdəkan qəsəbəsində məscid 95 Arxivləşdirilib 2016-04-01 at the Wayback Machine
Əjdərbəy məscidi
1912 1912-ci ildə inşa edilmişdir. "İttifaq" məscidi kimi də tanınır. Memarı — Zivər bəy Əhmədbəyovdur. 120
Hacı şəhla məscidi
1385 1912-ci ildə inşa edilmişdir. "İttifaq" məscidi kimi də tanınır. Memarı — Zivər bəy Əhmədbəyovdur. 127 Arxivləşdirilib 2016-04-01 at the Wayback Machine
Hacı Baxış məscidi
1663 Hacı Baxış məscidi 1663-cü ildə memar Murad Əlinin rəhbərliyi altında inşa edilib. Bu məscid eyni ilə Şirvanşah saray kompleksinə oxşayır. 1868–1869-cu illərdə isə Hacı Baxış məscidi Kərbəlayi Məmmədqulu tərəfindən bərpa edilib. 134
Pirsəid məscidi
1363–1364 Pirsəid məscidi Şirvanşahlar dövlətinin zamanında tikilmişdir. 136
Nizaməddin məscidi
1329–1330 Fəxrəddin Əmir Nizaməddin Əmirhacı tərəfindən tikilmiş məscidin sahəsi 100 m² təşkil edir və burada eyni vaxtda 30 nəfər ibadət edə bilər. 168
Murtuza Muxtarov məscidi
1901–1908 Məscidin memarı Zivər bəy Əhmədbəyov, ustası isə məşhur sənətkar Kərbəlayı Əhməd Səməd oğludur. Məscidin ikinci ustası isə Mirzə Məlik Abbasquludur. 169
Təzəpir məscidi
1905–1914 Məscidin memarı Zivər bəy Əhmədbəyov, sifarişçi Nabat Aşurbəyova 173
Hacı Sultanəli məscidi (Bakı)
1904–1910 Məscidin sifarişçisi Hacı Sultanəli 174
Baba Kuhi Bakuvi məscidi
VIII- əsrlər 1990–1993-cü illər Qız qalasının ətrafındakı dini kompleksin daha dəqıq öyrənilməsi məqsədilə arxеoloq F. İbrahimov tərəfindən qazıntı işləri aparılmış və qalanın şimalında IX əsrə aid edilən məscid aşkar olunmuşdur..[4] 548
Bəylər məscidi
1895 Məscid İçəri şəhərdə Şirvanşahlar Sarayı Kompleksinin yaxınlığında yerləşir..[5] 2373
Hacı Heybət məscidi
1791 Hicri tarixi ilə 1206-cı ildə (1791-ci il) memar Hacı Heybət Əmirəli oğlu tərəfindən tikilmişdir.

Kiçik olub yaşayış məhəllələrinin cərgəsinə daхildir. İbadət zalının interyerində, künclərin birində memarın və onun həyat yoldaşının məzarı yerləşir[6]

2167
Mirzə Əhməd məscidi
1345 1345-ci ildə Hacı Mirzə Əhməd tərəfindən tikilmişdir.

Məscid kiçik olub yaşayış məhəllələrinin cərgəsinə daхildir. Məscidin qədim məbəd üzərində inşa olunduğu ehtimal olunur. Hal-hazırda abidə fəaliyyət göstərmir və ziyarətə bağlıdır.[7]

2182
Hacı Qayıb məscidi
1898 İçəri Şəhərdə yerləşən və yerli əhəmiyyətli abidə olan məscid. 2353
Bibiheybət məscidi
1990 Məscid Şirvanşahlar dövlətinin iyirmi səkkizinci hökmdarı Əbü-l-Fəth Fərruxzad ibn Axsitan ibn Fəribürz[2] tərəfindən XIII əsrin II yarısında Azərbaycan Elxanilər dövlətinin tərkibində olduğu zaman tikilən eyniadlı məscidin bərpa edilmiş variantıdır [2]
Heydər məscidi
2013–2015 Məscid 26 dekabr 2014-cü ildə ictimai istifadəyə verilmişdir. [3]
  1. "CİN MƏSCİDİ" (az.)). icherisheher.gov.az. 2018-06-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-05.
  2. "Molla Əhməd məscidi" (az.)). icherisheher.gov.az. 2016-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-05.
  3. "CÜMƏ MƏSCİDİ VƏ MİNARƏ" (az.)). icherisheher.gov.az. 2016-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-05.
  4. "MƏSCİD VƏ MƏSCİD HƏYƏTİ-İBADƏT YERİ" (az.)). icherisheher.gov.az. 2016-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-29.
  5. "Bəylər məscidi. icherisheher.gov.az". 2018-06-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-11.
  6. "HАCI HЕYBƏT MƏSCİDİ" (az.)). icherisheher.gov.az. 2015-03-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-21.
  7. "Mirzə Əhməd məscidi" (az.)). scwra.gov.az. 2017-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-05.
  8. "Bakıda qanunsuz tikildiyi iddia olunan məscidi sökürlər". 2020-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-29.
  9. "Bakıda qanunsuz tikildiyi iddia olunan məscidi sökməyə başlayıblar". 2022-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-29.
  10. "Neft Daşlarındakı məscid tamamilə söküldü". 2022-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-29.
  11. ""Neft daşları"nda məscid sökülüb". 2022-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-29.
  12. "Neft daşlarındakı məscid yerlə yeksan edildi". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-29.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]