İmam Hüseyn məscidi (Yasamal) — Vikipediya

İmam Hüseyn məscidi
Xəritə
40°22′09″ şm. e. 49°49′33″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 14
Memar Adolf Eyxler
Sifarişçi Hacı Hacıbaba
Tikilmə tarixi 1896
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İmam Hüseyn məscidi və ya Aşumov məscidi — XIX əsrə aid tarix-memarlıq abidəsi. Azərbaycanın Bakı şəhərində yerləşir.

Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Restavrasiyadan sonra məscid kimi fəaliyyət göstərir.

Məscid 1896-cı ildə xeyriyyəçi Hacı Hacıbaba Haşımovun (Aşumov) sifarişi ilə tikilib.[1][2] Bakıda Yasamal rayonunun Abdulla Şaiq küçəsində yerləşir.[3][4] Məscidin memarı Adolf Eyxlerdir.[5][6]

Sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.[7] İmam Hüseyn məscidi də bu dövrdə ibadətə bağlanır. İlk dövrlər burada anbar və stolüstü lampa istehsal edən kiçik zavod fəaliyyət göstərib.[8] 1978-ci ildən isə məscidin binasında "Hiproteatr" institutunun Bakı filialı yerləşib.[8][9] 1988-ci ildən etibarən Tövbə cəmiyyətinin təşəbbüsü ilə məscid yenidən fəaliyyətə başlayıb.[10]

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[11] 2010-cu ildən məsciddə dövlət qeydiyyatından keçmiş dini icma fəaliyyət göstərir.[12] 2017-ci ildə məsciddə əsaslı təmir və bərpa işlərinə başlanılıb.[13] Məscidin ərazisində 130 nəfərlik mərasim zalı da inşa olunub. 2018-ci ildə məscid təkrar inanclı şəxslərin ibadətinə açılıb.[14][15]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Məscid küçənin qırmızı xəttindən bir qədər geridə tikilib və hündür hasarlarla əhatə olunub.[16] Məscidin portalından daxil olduqdan əvvəlcə vestibül ondan sonra zalın üç nefli strukturu açılır və zal ox boyunda yerləşən mehrabla başa çatır. Günbəzin daşıyıcı tağlarının profili ənənəvi qaydada çatma tağdır. Məscidin minarəsi Bakı-Abşeron regionunun digər məscid minarələri ilə ümumi oxşar cəhətlərə malik olsa da, fərdiliyi ilə seçilir.[17]

İbadət zalının şərq fasadının qarşısında geniş qalereya yerləşir. Qalereyaya iri formalı tağlı girişlər açılır. XIX-XX əsrlərin keçidində Bakı-Abşeron regionundakı dini tikililərin fasadında tağlı qalereyaların tətbiqi üsulundan fəal şəkildə istifadə edilib.[18] Bakı memarlarının yaradıcılığında müşahidə olunan bu yeni memarlıq kompoziyası Şirvanşahlar Saray Kompleksinin Divanxanasındakı taxt sırası və onu əhatə edən həyətin təsiri altında formalaşıb. Eyni üsuldan Qasım bəy məscidində Qafar İsmayılov, Təzə PirƏjdərbəy məscidlərində Zivər bəy Əhmədbəyov istifadə edib.[18]

Memar Adolf Eyxler tikilinin fasad memarlığının həllində məşhur Kordova məscidinin inşasında tətbiq edilmiş üsul və motivlərdən istifadə edib. Onun şaquli pilonları, tamamlayıcı elementləri və memarlıq detalları memar üçün ilham mənbəyi olub.[18]

  1. Hümbətova, Tamara. Баку и немцы (rus). Bakı: Çaşıoğlu. 2008. 308. ISBN 978-9952-27-108-9.[ölü keçid]
  2. Fətullayev, Şamil. Bakı memarları XIX əsrin sonu - XX əsrin əvvəlində (az.) (Şərq-Qərb nəşriyyatı). Bakı. 2013. 147.
  3. "Bakı şəhər İmam Hüseyn məscidi". Sirat.az (az.). 2021-09-19. 2023-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-26.
  4. Vəliyev, Seyran. "Махмуд сын Саада". Kaspi qəzeti. 2010-09-04. 2024-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-26.
  5. Verdiyeva, Həcər. Немцы в Северном Азербайджане (PDF) (rus). Bakı: Elm nəşriyyatı. 2009. 60. Archived from the original on 2018-03-28. İstifadə tarixi: 2024-01-26.
  6. Zeynalova, Südabə. Немцы на Кавказе (PDF) (rus). Bakı: Mütərcim. 2008. 81. ISBN 978-9952-28-010-4. 2019-12-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-01-26.
  7. Arif Yunusov. Ислам в Азербайджане (PDF). Bakı: Zaman. 2004. səh. 78. ISBN 9952-8052-0-9. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
  8. 1 2 Jonka. "Мечеть Ашумова - Мечеть Имама Хусейна (Баку)". ourbaku.com. 2013-02-17. 2024-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-26.
  9. Əliyev, Elçin. Azərbaycan memarlığında alman irsi (PDF) (az., ingilis, və alman). Bakı. 2017. səh. 135. ISBN 9789952833515. 2023-11-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-04.
  10. Azərbaycan Respublikası Məscidlərinin Ensiklopediyası (PDF) (az.). Bakı: Beynəlxalq Əlhuda. 2001. səh. 51. ISBN 964-8121-59-1. 2021-07-23 tarixində arxivləşdirilib (PDF).
  11. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
  12. "Müsəlman dini icmalar" (PDF). scwra.gov.az. 2010-03-01. 2024-01-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-01-26.
  13. "Birinci vitse-prezident Mehriban Əliyeva İmam Hüseyn məscidinin bərpadan sonra açılışında iştirak edib » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-26.
  14. "First Vice-President Mehriban Aliyeva attended opening of newly renovated Imam Huseyn mosque » Official web-site of President of Azerbaijan Republic". president.az (ingilis). 2024-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-26.
  15. ""İmam Hüseyn" məscidi". dqdk.gov.az (az.). 2024-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-26.
  16. Şamil Fətullayev. Bakının memarlıq ensiklopediyası (PDF). Bakı: Şərq-Qərb nəşriyyatı. 2013. səh. 212. ISBN 978-9952-32-020-6.
  17. Şamil Fətullayev. Bakının memarlıq ensiklopediyası (PDF). Bakı: Şərq-Qərb nəşriyyatı. 2013. səh. 214. ISBN 978-9952-32-020-6.
  18. 1 2 3 Fətullayev, Şamil. Bakı memarları XIX əsrin sonu - XX əsrin əvvəlində (PDF) (az.) (Şərq-Qərb nəşriyyatı). Bakı. 2013. 151. 2024-01-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-01-30.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]