İkinci Milli — Vikipediya

İkinci Milli
Ölkə

İkinci MilliAzərbaycan Respublikasının Kəlbəcər rayonunun Milli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Sınıqkilsə kənd Sovetindən İkinci Milli kəndi Birinci Milli kənd Sovetinin tərkibinə verilmişdir.[1] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.

Yaşayış məntəqəsi XIX əsrin sonunda Milli (indiki Üçüncü Milli) kəndindən ayrılmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oykonimin birinci komponenti fərqləndirici xüsusiyyətə malikdir. İkinci komponent isə etnotoponimdir.[2] 1920-ci illərdə İkinci Milli kəndindən ayrılmış ailələr Birinci Milli kəndini salmışlar.[3]

Coğrafiyası və iqlimi

[redaktə | vikimətni redaktə et]

Kənd Tərtərçayın sahilində, Qoçdaş dağının yamacında yerləşir.

  1. "Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı". 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 August 2022.
  2. İkinci Milli // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  3. İkinci Milli // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.