Şaplar — Vikipediya
Şaplar | |
---|---|
40°05′34″ şm. e. 46°03′30″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Şaplar — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Şaplar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Şaplar kəndi Dalqılıclı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şaplar kənd Soveti yaradılmışdır.[1] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 25 noyabr 2020-ci il tarixində noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyanata əsasən işğaldan azad edilmişdir.
Toponimikası
[redaktə | vikimətni redaktə et]Bu kənd Şapı adında qeydə alınmışdır. Əslində Şahpərilər olduğu söylənilir. Kürdlər arasında şəxs adlarının yuvarlaq işlənməsi nəticəsində Şahpəri adı Şapı formasına düşmüşdür. Yerli əhalinin məlumatına görə kəndi XIX əsrdə Kərbalayi Ellaz qızı Şahpəriyə cehizlik verilmiş binə yerində onun övladları saldığına görə verilmişdir.[2]
Tarixi
[redaktə | vikimətni redaktə et]İşğal altında olan Şaplar kəndində 2014-cü il iyulun 11-də erməni xüsusi təyinatlıları tərəfindən keçirilən əməliyyat zamanı Həsən Həsənov adlı bir azərbaycanlı öldürülmüş, Şahbaz Cəlal oğlu Quliyev və Dilqəm Qardaşxan oğlu Əsgərov adlı iki azərbaycanlı isə girov götürülmüş və onlara cinayət işi açılmışdır.[3]
Əhalisi
[redaktə | vikimətni redaktə et]Kənd əhalisi kürdlər və azərbaycanlılardan ibarətdir.
Tanınmış şəxsləri
[redaktə | vikimətni redaktə et]- İdris Verdiyev — Coğrafiyaçı, şair, publisist.
- Xəqani Həbiboğlu — Azərbaycan şairi.
Yaylaqları
[redaktə | vikimətni redaktə et]Qoçdaş yaylağı, Qonqur yurdu, Mansır bulağının yurdu, Çökək yurd, Boğaz yurdu, Tərəzidaşlarının yurdu, Gölyeri yurdu.
Bulaqları
[redaktə | vikimətni redaktə et]Göylü bulaq, Nöyütlü bulaq, Xaraba bulağı, Çınqıl bulaq, Zeynalabdın bulağı, Novlu bulaq, Uçuğun bulağı, Turş su, Alpana uşağının bulağı, Kənd yurdun bulağı, Tozluğun bulağı, Aralıq bulağı, Qonqur bulağı, Dolayı bulaq, Yurdun novlu bulağı, Şişgüneyin bulağı, Qoşabulaqlar.
Məşhur yerləri
[redaktə | vikimətni redaktə et]Uçuq, Uzunyerlər, Cıqqılımeşə. Tozluğun meşəsi, Maral qayası, Aralıq güneyi, Çəpərli, Şişgüney, Cılğıyerləri, Əlişin güneyi, Arxacyeri, Sağgöl, Pərinc yeri, Qırmızıqaya, Çiləninbaşı, Şişqaya, Qızxanclı, Biçənək qayası, Kömürxana, Cərgə qayalar, Sadığın biçənəyi, Dolayı bulaq yeri, Kəndyeri, Camışuçan, Yalyeri, Təkarmud, Gendərə meşəsi, Çalqaya, Qurbağalı qaya, Kalafalıq, Barmaq, Zöhrə çayı, Qalaça suyu, Nazik su.[4]
Binələri və qışlaqları
[redaktə | vikimətni redaktə et]Qaraxan binəsi, Aslanın binəsi, Pələngə binəsi, Yuxarı binə, Xaraba yurdun binəsi.[4]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-10.
- ↑ Şaplar // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ Kəlbəcərdə öldürülmiş Həsən Həsənov Dağlıq Qarabağda dəfn edildi. Arxivləşdirilib 2016-03-09 at the Wayback Machine teleqraf.com (az.)
- ↑ 1 2 Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et] Kəlbəcər rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |