Sarıdaş — Vikipediya
Sarıdaş | |
---|---|
40°11′37″ şm. e. 46°08′10″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Sarıdaş — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati Sarıdaş kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Sarıdaş kəndi Nadirxanlı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Sarıdaş kənd Soveti yaradılmışdır.[1] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Toponimikası
[redaktə | mənbəni redaktə et]XIX əsrdə Qılıçlı kəndindən ayrılmiş ailələr tərəfindən Sarıdaş dağının yaxınlığında salındığına görə belə adlandırılmışdır. Oronim isə "sarı rəngdə olan qaya" mənasındadır.[2]
Kənd Sarıyal dağının ətəyində yerləşir. Sarıyal dağının ətəyində və kəndin yerləşdiyi ərazidə olan daşları sarı rəngdədir. Elə buradan da Sarıyal və Sarıdaş sözləri yaranmışdır.[3]
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Kənd Lev çayı ilə Tərtərçayın arasında, dağətəyi ərazidə yerləşir.
Yaylaqları
[redaktə | mənbəni redaktə et]Söyüdlü yaylağı, Qonur yurd, Sarıbulaq yurdu, Çırçır yurd, Ələmağacı yurdu, Cajıxlı yurd, Sarıyal yurdu.
Bulaqları
[redaktə | mənbəni redaktə et]Korabulaq, Gur bulaq, Böyük bulaq, Daş bulaq, Şərəbanı bulağı, Ələsgərli bulağı, Göy bulaq, Böyük yurdun bulağı, Nazlı bulaq, Cajıxlı bulaq, Sarı bulaq, Çırçır bulaq, Qoşa bulaq, Qarağatlı bulaq.
Məşhur yerləri
[redaktə | mənbəni redaktə et]Fərzalının yeri, Ədilin yeri, Sarıtəpə, Abbaslar tələsi, Yolkeçən, Gülənbərin yurdu, Komalanburnu, Ardışlıgüney, Qamış, Reyhanın yurdu, Nadirin yeri, Fərzalının çalası, Dikyurd, Göydağ, Sarıgüneyin meşəsi, Quzeytapı, Dağdamı, Qaradaş, Cajıxlı, Ardışlı güney, Mirzəalının dərəsi, Yolkeçənin dərəsi, Ayrım yolaşırımı, Güneypəyə yolaşanı, Arxacyeri, Açıqtəpə, Ağqılış, Yazyurdu, Sonaqaçan, Şahpəriqaçan, Çüxurqanad, Əlinin yeri, Qaradaşın boynu, Nəcəfdamı, Balakişi artlayan, Kotanyeri, Tap.[3]
Binələri və qışlaqları
[redaktə | mənbəni redaktə et]Yalkənd binəsi.[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı". 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 August 2022.
- ↑ Sarıdaş // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ 1 2 3 Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et] Kəlbəcər rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |