Alırzalar — Vikipediya
Alırzalar | |
---|---|
39°58′42″ şm. e. 46°12′22″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Alırzalar — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Başlıbel kənd inzibati ərazi dairəsində kənd.[1]
Tarixi
[redaktə | vikimətni redaktə et]1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb.
Toponimikası
[redaktə | vikimətni redaktə et]Alırzalar kəndi Qaraxan çayının sahilində, Dəlidağın ətəyindədir. Deyilənə görə, kəndin əsasını Laçın r-nunun keçmiş Muncuqlu kəndinin sakini Hacı Alırza adlı şəxs qoymuşdur. Etnooykonimdir. 1988-ci ilədək Ermənistanın Ararat rayonunda eyniadlı kənd olmuşdur.[2]
Yaylaqlar
[redaktə | vikimətni redaktə et]Usublu yaylağı yurdu, Təvərə qayanın boynu yurd.
Bulaqlar
[redaktə | vikimətni redaktə et]Duzlu bulaq.
Məşhur yerlər
[redaktə | vikimətni redaktə et]Duzlu bulağın düzü, Sənəm xanımın yurdu, Maloynayan barmaq, Qatarın guneyi, Qatarqaya.[3]
Binələr-Qışlaqlar
[redaktə | vikimətni redaktə et]Zəylik binəsi.
İqtisadiyyatı
[redaktə | vikimətni redaktə et]Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil etmişdir.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.