Vəng (Kəlbəcər) — Vikipediya
Vəng | |
---|---|
40°09′32″ şm. e. 46°17′02″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | Kəlbəcər rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.053 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Vəng — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Bağlıpəyə kənd inzibati ərazi dairəsində kənd.[1]
Tarixi
[redaktə | vikimətni redaktə et]Kənd Tərtər çayının sahilindədir. Yaşayış məntəqəsini 1942—1943-cü illərdə rayonun kesmiş Mələslər kəndindən köçüb gəlmiə ailələr salmışlar. Kənd qədim alban məbədi Xətəvəngin yaxınlığında yerləşdiyinə görə belə adlandirılmişdir. Yerli əhalinin verdiyi məlumata görə, Mələslər kəndini salmış Mələs adlı şəxs vaxtilə Tərtər rayonunun Kolanı kəndindən köçüb gəlmişdir.[2]
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Xudavəng monastır kompleksi Vəng kəndinin yaxınlığında yerləşir.
2 sentyabr 2024-cü ildə İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtər çayı üzərində yerləşən “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışını edib. “Yuxarı Vəng” SES-də il ərzində 66 milyon kilovat-saatadək yaşıl enerjinin istehsalı ilə 15 milyon kubmetr təbii qaza qənaət edilməsi, 27 min tondan çox karbon emissiyasının qarşısının alınması nəzərdə tutulub.[3]
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ Vəng (Kəlbəcər) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ "İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdə Tərtər çayı üzərində yerləşən "Yuxarı Vəng" Su Elektrik Stansiyasının açılışında iştirak ediblər » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). İstifadə tarixi: 2024-09-04.
Kəlbəcər rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |