Hacıkənd (Kəlbəcər) — Vikipediya

Hacıkənd
40°08′07″ şm. e. 46°05′32″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.794 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.305 nəf. (1 yanvar 2015)
Rəsmi dili
Xəritəni göstər/gizlə
Hacıkənd xəritədə
Hacıkənd
Hacıkənd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hacıkənd (əvvəlki adı: Sınıqkilsə) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Hacıkənd kənd inzibati ərazi dairəsində kənd.[1]

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmiş, 2020-ci ildə imzalanmış Dağlıq Qarabağ atəşkəs bəyanatına əsasən 25 noyabr 2020-ci ildə Kəlbəcər rayonunun digər məntəqələri ilə birlikdə işğaldan azad edilmişdir. Hacıkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Hacıkənd və Başkənd kəndlərini əhatə edir.

Kəndin əvvəlki adı Sınıqkilsə olmuşdur ki, bu da kənd ərazisində mövcud olmuş qədim Alban kilsəsinin qalıqları ilə əlaqədardır. Bu qalıqlar Sınıqkilsə kəndinin qədim yaşayış məskənlərindən biri olduğuna dəlalət edir.[2]

Kənd rayon mərkəzinə yaxın, olduqca səfalı bir yerdə yerləşir. Kəndin Başkənd, Gölyeri, Sınıqkilsə kimi hissələri vardır. Sovet dövründə Kəlbəcər rayonunun qabaqcıl kolxozlarından biri kəndin "Stalin" (sonralar "Qələbə" adlandırılan) kolxozu olmuşdur. Bu yaşayış məntəqəsində Tələlər, Çirişli, Batıq, Dərin Çökək, Ayı Qovan, Qara Qaya, Armudluq, Pişik Uçan, Qovuşuq, Lay Taya, Ardıclı Burun, Pir Palıd, Göy Təpə və s. kimi çoxsaylı türk toponimlərinə rast gəlinir.

Hacıkənddə Nəcəf, Çərkəz, Bimar Əli, Eldar İsayev və s. onlarla şəxs aşıq şerinin müxtəlif janrlarında şerlər yazmış, rayon səviyyəsində tanınmışlar. Kənd əhalisinin əsas məşğuliyyətindən biri də xalçaçılıq olmuşdur. Demək olar hər bir ailədə hər il qış fəsilində qədim ənənələrə uyğun kilim və xalçalar toxunurdu.

Coğrafiyası və iqlimi

[redaktə | vikimətni redaktə et]

Hacıkənd dəniz səviyyəsindən 1794 m hündürlükdə, Tər-Tər çaynın sağ sahilində yerləşir. Kəndin yaxınlığında yerləşən Qoçdaş yaylağı öz füsnükar gözəlliyi ilə insanı valeh edir. Bu yaylağa yay aylarında nəinki kəlbəcərlilər, hətta aran rayonların maldarları öz sürülərini köçürürdülər. Qoçdaş yaylağında mövcud olan tarixi yüzillərlə ölçülən qədim qoç heykəlləri sonralar Kəlbəcər rayon Tarix-Diyarşünaslıq muzeyinə aparılmışdır. Kəndin ərazisi meşələr, alp və subalp çəmənliklərindən ibarətdir.

Əhalisinin sayı 01 yanvar 2015-ci il tarixə 1305 nəfərdir.

Hal-hazırda əhali respublikanın müxtəlif şəhər, rayon və digər yaşayış məntəqələrində müvəqqəti məskunlaşmışdır.

İl Sayı
2005 71 [3]
2015 1.305

İqtisadiyyatı

[redaktə | vikimətni redaktə et]

Kəndin yaxınlığında qiymətli daş karxanaları mövcud olmuşdur. Kəlbəcər rayonunun digər ərazilərində olduğu kimi Sınıqkilsə kəndində də dünya şöhrətli İstisuyun mənbələrinə rast gəlinir. Kəndə yaxın ərazidə kiçik çayı üzərində heyrətamiz dağ şəlaləsi mövcuddur. İşğaldan əvvəl xalçaçılıq kənd sakinlərinin ənənəvi məşğuliyyət sahələrindən olmuşdur.

İlqoruğu yurdu, Yeddibulaq yurdu, Qoçdaş yaylağı, Dəlləklər yurdu, Göytəpənin dalı yurd, Qalaxlı yurd, Dərinçökək yurdu, Fərzalının dam yeri yurdu, Donuzdamı yurdu, Laytaya yurdu, Hasarlı yurd, Göylüçüxur yurdu, İlxıçəpəri yurdu.

Ayğır bulağı, Əzəd bulağı, Daşdançıxan bulaq, Şamilin bulağı, Göy bulaq, Yasavuldöyülən bulaq, Gülabının bulağı, Süleymanın bulağı, Musaoğlunun bulağı, Baxşəlioğlu Xanların bulağı, Yarpızlı bulaq, Abutab bulağı, Ədilin bulağı, Kora bulaq, Cəlilin bulağı, Calalın bulağı, Novlu bulaq, Müseyibin bulağı, İsbəndiyarın bulağı, Qalaxlıda novlu bulaq, Niyazın bulağı, Məmməd maral vuran tələ bulağı, Bahadurun bulağı, İmamalının bulağı.

Məşhur yerlər

[redaktə | vikimətni redaktə et]

Calalın dam yeri, Əşrəfdüşən, Qaragöl, Təpələr, Ortadaşın dibi, Meydan düzü, Qoşqatala, Böyük güney, Sarıtala, Sərbazdəfi, Armudluq, Qaramalıx, Talalar, Parçameşə, Qalaxtın zirvəsi, Öküz arxacının başı, Qırmızı yoxuşun başı, Vahiduçan qaya, Yadigaruçan qaya, Xıdırın tələsi, Daş karxanası, Ayqoban, Sandıqdaş, Kərimbiçən, Qovuşuq, Ardışlı burun, Qanqallı çökək, Dana dəfi, Dəyirmanın dərəsi, Sarıdaş, Qayanın altı, Ağdaşın dərəsi.[4]

Binələr-Qışlaqlar

[redaktə | vikimətni redaktə et]

Hasarlı yurd binəsi, Göytəpə binəsi.[4]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Hacıkənd (Kəlbəcər) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  3. http://census.stat-nkr.am/nkr/1-1.pdf.
  4. 1 2 Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.