Alıkənd (Kəlbəcər) — Vikipediya
Alıkənd | |
---|---|
40°06′55″ şm. e. 46°03′07″ ş. u.HGYO | |
Ölkə | |
Region | Kəlbəcər rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Alıkənd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd.
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Tarixi
[redaktə | vikimətni redaktə et]Kəlbəcər rayonunun Oktyabrkənd inzibati ərazi vahidində yerləşən kənd. Şahdağ silsiləsinin ətəyindədir. Keçmiş adı Alılıdır. Yerli əhalinin məlumatına görə, kəndi XIX əsrdə kəlbəcərli Alı Kərbəlayi Avaz oğlu özünə məxsus binə yerində salmış və yaşayış məntəqəsi də onun adı ilə adlandırılmışdır (Alılı kənd/Allıkənd/Alı kənd). Oykonim Alı (antr.) və kənd (yaşayış məntəqəsi termini) sözlərindən düzəlib, "Alıya məxsus kənd" deməkdir. 1933-cü ildə Göyçay r-nunun Ramal və Şəkər inzibati ərazi vahidlərində daha iki Alıkənd kəndi qeydə alınmışdır.[1][2]
Yaylaqlar
[redaktə | vikimətni redaktə et]Alagöllər yaylağı, Bədirbəy yurdu, Yalyurd, Taxtadüz yurdu, Köhnəyurd, Heydərin yurdu, Qazıxanlı yurdu, Sandıq bulağın yurdu.
Bulaqlar
[redaktə | vikimətni redaktə et]Zeynal bulağı, Cahanın bulağı, Qiblə bulağı, Sarı bulaq, Qaynatma bulaq, Çeyil bulağı, Qoşa bulaq, Göl bulağı, Sandıq bulağı, Qazıxanlı bulağı, Sandıq biçənəyin bulağı.
Məşhur yerlər
[redaktə | vikimətni redaktə et]Dəlikdaş, Baladüz, Gözələ, Sandıq biçənəyi, Aralıq, Təpələr, Turşəngli çala, Ağuludöş, Böyük zəhman, Məşədi Xudonun biçənəyi, Təkağac, Alonun kahası, Aynanın kahası, Xaçındalı, Koma, Yastana, Aralığın güneyi, Barmaqlar, Avasın kahası, Heydərin yerləri, Həvşə, Dana güneyi, Böyükgüney, Yalındalı, Tala, Duzdaxlar, Komağac, Qamışlı dərə, Ardışlı, Yolaşan, Naziksu, Qaraquşun dərəsi, Kalafalıq, Əmirin hasarı, Qarama yerləri, Dərə damı, Alonun yeri, Alo yeri.[2]
İqtisadiyyatı
[redaktə | vikimətni redaktə et]- Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil etmişdir.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Kəlbəcər rayonunun toponimləri[ölü keçid]
- Kəlbəcər rayonu
- Qarabaq[ölü keçid]
- Azərbaycan Respublikası Kəlbəcər Rayon İcra Hakimiyyəti