Qanlıkənd — Vikipediya

Qanlıkənd
40°13′25″ şm. e. 46°06′51″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Qanlıkənd xəritədə
Qanlıkənd
Qanlıkənd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

QanlıkəndAzərbaycan Respublikasının Kəlbəcər rayonunun Dəmirçidam kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Seyidlər kənd Sovetindən Qanlıkənd kəndi Dəmirçidam kənd Sovetinin tərkibinə verilmişdir.[1] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb.

Oykonim türk mənşəli kanqlı tayfasının adından və kənd sözündən ibarətdir. Kanqlıların adı III əsrdən məlumdur. Həmin tayfa qazaxların, qırğızların, qaraqalpaqların tərkibində də var. Orta Asiya kanqlıları VIII əsrədək Sırdərya hövzəsində yaşamış, sonra oğuzların təzyiqi ilə iki hissəyə parçalanmışdır. Bir hissəsi Aral dənizindən şimal-qərbə hərəkət etmiş, digər hissəsi isə altı tayfa ilə birlikdə Səlcuq oğuzlarına qarışmışdır.[2]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd dağətəyi ərazidə yerləşir.

Qonur yurd, Yelliyal yurdu, Məşədi Baxçalı yurdu, Ayğır bulağının yurdu.

Ayğır bulağı, Sarı bulaq, Mərdan bulağı, Abbas bulağı, Məhəmməd bulağı, Şırranarası bulaq, Daş bulaq, Peyinli yurdun bulağı, Aşağıkı bulaq, Ongöz bulaq, Yelliyal bulağı.

Məşhur yerləri

[redaktə | mənbəni redaktə et]

Qlaboynu, Yurduntili, Arıq Alının çəpəri, Qızbəstənin çəpəri, Göydağ, Kaha, İnəkölən, Allahverdi, Abbas dəyirmanı, Gamışbatan, Lök qalası, Qaraqaya.[3]

  1. "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-11.
  2. Qanlıkənd // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  3. Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.