Zar (Kəlbəcər) — Vikipediya
Zar | |
---|---|
40°00′10″ şm. e. 45°56′55″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Kəlbəcər rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Zar (digər tarixi adı Şəhrizər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Zar kənd inzibati ərazi dairəsində kənd.[1]
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020- ci il Noyabr ayının 25-də işğaldan azad edilmişdir.
Tarixi
[redaktə | vikimətni redaktə et]Zar kəndi Qarabağ yaylasının ətəyindədir. İlk dəfə XIII əsrə aid mənbədə adı çəkilir. 1590-ci il sənədinə görə, şamr qəzasında Zar nahiyyəsi olmuşdur. XIX əsrdə Tiflis quberniyasında Zar kəndi, Qars vilayətində Zaruşad kəndi və çayı qeydə alınmişdir. Ermənistanda Zar, Cənubi Azərbaycanda isə Kəlbəzar kəndləri mövcuddur. Favst Buzandın (V əsr) əsərində və VII əsr mənbələrində Cənubi Azərbaycanda Zaravand, Zarişat (Türkiyənin indiki Zaruşt ərazisində) yaşayış məntəqəlarinin adı çəkilir. Mənbələrdə zar tayfa adı kimi qeyd olunur və onların fars vilayətinin cənubunda, Fars körfəzin sahillarindən Kirməna qədər olan ərazidə yaşadiqları göstarilir. İran mənşəli zarlar qədim dövrlərdə İranın şm.-q.-inda, habelə keçmiş Sünik ərazisində (Qarabağın müəyyən hissəsi, Qubadlı-Zəngilan zonası, Ermənistanın c.-ş. hissəsini əhatə edir) yaşamiş və sonralar müəyyən tarixi hadisələrlə əlaqədar müxtalif ərazilərə yayilmişlar. Kəlbəcər rayonunda Tərtərçayın qolu olan çay da bu kəndin adı ilə Zar adlanır.[2]
Bu kənd tarixdə Şəhrizər kimi tanınır. 1970-1980-cı illərə kimi yaşayan çoxyaşlı sakinlər Zara Şəhrizər deyildiyini öz ata-babalarından eşitdiklərini söyləyirdilər. Zər sözü qızıl deməkdir. Şəhrizər, yəni qızılla zəngin olan şəhər deməkdir. Belə ki, Zarın ərazisində torpağın altından tez-tez tapılan qızıl dəfinələr bu sözün həqiqət olmasını təsdiq edir. Əfsuslar olsun ki, Şəhrizər sözünün Zar sözünə keçməsi tədqiq edilməmişdir.
Kəndin axırıncı dəfə məskunlaşması təxminən XV-XVI əsrlərə təsadüf edir. Cəfər Qoca adlı bir şəxs Dərələyəzdən gəlib Zarın ərazisi olan Çaxmaqda ev tikib bir müddət yaşayandan sonra həmişəlik olaraq Zara köçərək orada məskunlaşıb. Çaxmaqdakı evləri isə binə yeri kimi istifadə edib. Həmin damlar 1993-cü il işğalına kimi qalırdı. Sonra başqa yerlərdən digər şəxslər köçüb burada məskunlaşıblar.[3]
Məşhur yerlər
[redaktə | vikimətni redaktə et]Çaxmaq, Cütxaç, Təkxaç, Aşağıdüz, Xudavəng, Böyüktəpə, Cılğıyolu, Fərhad yerləri, Qanolan, Əlipəncəsi, Eminlərin bərəyəsi, Qoşakahalar, Səngər kahası, Buz kahası, Qaranlıqkaha, Mirzənin kahası, Şurtan bərəyəsi, Şurtan kahası, Sarıburun, Duzkahası, Kolluqluqaya, Dirəkqaya, Uzunbərəyə, Gödəkbərəyə, Məhərrəm oğlu Hüseyinin təpəsi, Avasın təpəsi, Bəxtiyar təpəsi, Sarı yoxuş, Şavazın xəndəyi, Ağamirzənin yal yeri, Sultanyurdu, Qafarın dərəsi, Daşlı burun, Allahyar təpəsi, Mapıölən, İldırımvuran qaya, Ələkbərin çaxmaq daşı, Çivli, Hacı Orucun çeyili, Qamışlıq, Quzey yerləri, İmoçüxuru, Sıraqaya, Qəzetin yalı, İsmayılçüxuru, Yolkeçən, Qazanuçan dağı, Bayramdaşları.
Çaxmaqdaː Çaxmaq daşları, Çaxmaq körpüsü, Uçuq, Məmişin şamı, Şalıx, Şalıxın yalı, Sıra, Novurlar, Xırmanqaya, Arxac yeri, Vəlidüşən yurd, Yal çüxuru, Darıyeri, Samanlıgəz, Cabbarqayıran yol, Şeytandaşı, Qayalıq, Dərinqobu, Gölün burnu, Süleyman bulağı, Şalıx bulağı, Şeyinoğlunun dərəsi, Məhərrəmgizlənən kaha, Məmmədin qaravuı təpəsi, Sıraqaya, Vəlidüşən, Qatarqaya, Uçuqdərəsi.[3]
Binələr-Qışlaqlar
[redaktə | vikimətni redaktə et]Çaxmaq binəsi.[3]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ Zar (Kəlbəcər) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ 1 2 3 Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.