Qalib bəy Vəkilov — Vikipediya
Qalib bəy Vəkilov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1888 |
Doğum yeri | |
Vəfat tarixi | 16 noyabr 1937 |
Atası | İbrahim ağa Vəkilov |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Artilleriya |
Rütbəsi | general |
Təltifləri |
Vəkilov Qalib bəy İbrahim ağa oğlu (1888, Qazax – 16 noyabr 1937) — Rusiya İmperator Ordusunda, daha sonra Azərbaycan Demokratik Respublikasında artilleriya generalı. General-leytenant. Azərbaycan Milli Ordusunda hərbi mühəndislər idarəsinin rəisi, "Müqəddəs Georgi" ordenli. İbrahim ağa Vəkilovun oğlu, Paşa ağa Vəkilovun nəvəsi, Faris bəy Vəkilov, Reyhan xanım Vəkilovanın qardaşıdır.
Həyatı
[redaktə | mənbəni redaktə et]Vəkilov Qalib ağa İbrahim ağa oğlu (1887–16.11.1937) (Xarkov III Aleksandr adına ali hərbi-texniki in-ta girib, II kursdan sonra təhsilini Moskvadakı Alekseyev hərbi məktəbində davam etdirib;
Çar və müsavat zabiti; podpolkovnik; Azərbaycan Milli Ordusunda hərbi mühəndislər idarəsinin rəisi işləyib.
1920-dən sonra XI ordunun Ənzəlidəki mühəndis qoşunları hissəsinin rəisi, Zaqafqaziya qızıl ordu hərbi inqilab şurası hərbi sənaye komitəsinin direktoru işləyib) (1931–33-də ilk dəfə həbsdə olub, 1937-ci ildə isə II dəfə tutularaq güllələnib) 1937-ci ildə Qalib bəy Vəkilovu güllələyirlər.
Mükafatları
[redaktə | mənbəni redaktə et]I Dünya müharibəsi dövründə "Müqəddəs Georgi" ordeni ilə təltif edilmişdir.