Dolanan dağı — Vikipediya
Dolanan dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1660,3 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |
Dolanan – Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun cənub-qərb istiqamətli Ağsal şaxəsində, Arpaçay su anbarının sol sahil yamacında, Şahbulaq kəndindən 3 km şimalda dağ (hünd. 1660,3 m). Üst Permin Murqab regiomərtəbəsinə aid Şahbulaq lay dəstəsinin əhəngdaşılarından təşkil olunmuş sıldırım yamaclı, konusvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında müşahidə edilən Qızılqaya-Dolanan sinklinalının nüvə hissəsində yerləşir. Zirvəsindən submeridional istiqamətli fay qırılması keçir. Yamaclarında şimal-şərq və şimal-qərbə uzanan qırılmalar müşahidə olunur.[1]
Yerli əhali bəzən dağı Dolanay dağı adlandırır.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.