Sərpidaş dağı — Vikipediya
Sərpidaş dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 2499,6 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |
Sərpidaş dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 2499,6 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Camal yüksəkliyinidən (3204,3 m) qərb istiqamətdə ayrılan Toğluqaya qolunda, Ağbulaq kəndindən 2,5 km cənub-şərqdə zirvə. Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarından təşkil olunmuş, şimal və cənub yamacları sıldırımlı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir.[1]
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]
İstinad
[redaktə | vikimətni redaktə et]- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.