Kənizdağ — Vikipediya
Kənizdağ | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 806 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Vilayət |
Kənizdağ — Azərbaycanın Babək rayonu ərazisində dağ. Nehrəm kəndindən 3 kim. cənub-qərbdə yerləşir (hünd. 806,5 m). Naxçıvan dağarası çökəkliyinin tərkib hissəsi olan Naxçıvan düzünün cənub-şərqində, Nehrəm kəndindən 4 km-dək cənub-qərbdə, Araz su qovşağı su anbarının şərq sahilindədir. Orta Miosenin Tarxan regiomərtəbəsinin üst yarımmərtəbəsinə aid Ərəzin lay dəstəsinin çökmə süxurlarından təşkil olunmuş erozion-denudasion mənşəli günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cənub-qərb cinahında, onun Culfa qalxımı ilə təmas sahəsində yerləşir.[1]
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.