Duzdağ tirəsi — Vikipediya

Duzdağ tirəsi
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1342,0 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

Duzdağ tirəsiBabək rayonu ərazisində, Naxçıvan dağarası çökəkliyinin mərkəzi hissəsində yerləşən Duzdağ platosunun şərq kənarında, Cəhriçayın sağ sahilindədir. Cənuba doğru istiqamətlənmiş tirənin şərq yamacı çox meyillidir. Ən yüksək zirvəsinin hündürlüyü 1342,0 m-dir. Üst Pleystosenin çaqıl və konqlomeratları ilə örtülmüş Üst Miosenin Sarmat regiomərtəbəsinə aid Duzdağ lay dəstəsinin duzsaxlayan çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin geoloji quruluşunda mühüm rol oynayan Duzdağ sinklinalının şimal-qərb qanadına uyğun gəlir. [1]

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.