Ağqaya dağı (Babək) — Vikipediya
Ağqaya | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1758,5 m |
Yerləşməsi | |
39°25′53″ şm. e. 45°21′29″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Vilayət | |
|
Ağqaya — Babək rayonu ərazisində dağ (hünd. 1758,5 m). Dərələyəz silsiləsinin suayırıcısındakı Qaraquş yüksəkliyindən (2600,5 m) cənub-şərqə ayrılan Dərələyəz-Qapısı (Anabadgədik) qolunun suayrıcısında zirvə. Cəhriçayın sağ sahilində, Payız kəndindən 3 km şimal-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin maili yatımlı terrigen, qismən vulkanogen-çökmə süxurlarından təşkil olunmuş hamar yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahına aid Mərəlik-Göynük sinklinalının cənub-qərb qanadını mürəkkəbləşdirən eyniadlı maili qırışığın nüvəsində yerləşir. Zirvə hissəsindən şimal-qərbə istiqamətlənmiş Göynük-Vayxır qırılması keçir.[1]
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.