Qızılboğaz dağı (Babək) — Vikipediya
Qızılboğaz dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1179 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Vilayət |
Qızılboğaz dağı — Azərbaycanın Babək rayonu ərazisində dağ. Naxçıvançayin sol sahilində yerləşir. Konusvari formadadır (hünd. 1179,7 m). Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq kənarı boyu uzanan Qaracalar-Qızılboğaz tirəsinin ucqar şimal-qərb suayırıcı zirvəsi. Naxçıvançayın sol sahilində Xalxal kəndindən 1 km-dək şərqdədir. Üst Oliqosenin Xatt mərtəbəsinə aid Darıdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olumuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahını hüdudlandıran Naxçıvan dərinlik qırılmasının düşmüş qanadında yerləşir. [1]
Həmçinin bax:
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.