Çaxmaqlı (dağ, Culfa) — Vikipediya
Çaxmaqlı dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1060,5 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Vilayət |
Çaxmaqlı dağı — Culfa rayonu ərazisində dağ (hünd. 1060,5 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun uzaq cənub-qərb qurtaracağında, Qaradərə çayının adsız sağ qolunun sahilində, Ağlar silsiləsinin şimal ətəyində alçaq zirvə. Dizə kəndindən 7,3 km şimal-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin terrigen çöküntülərindən təşkil olunmuş yastı zirvəli günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının geniş şimal-şərq qanadını mürəkkəbləşdirən ikincidərəcəli maili Toğluca antiklinalının cənub-qərb qanadında yerləşir.[1]
Həmçinin bax:
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.