Qaranquş dağı — Vikipediya

Qaranquş dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 3147,1 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

Qaranquş dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 3147,1 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Qapıcıq yüksəkliyindən (hünd. 3905,2 m) cənub-qərbə ayrılan Xəzəryurd qolunun suayrıcısında zirvə. Tivi kəndindən 6 km-dək şərqdədir. Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə suxurlarını yarıb çıxan andezit-dasit tərkibinə malik Orta Eosen yaşlı  eyniadlı subvulkanik intruziyanın əmələ gətirdiyi sıldırım yamaclı piramida formalı yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasını Ordubad qarılma zonasının  Paradaş seqmentindən ayıran Şərqi Ordubad dərinlik qırılma zonasında yerləşir. [1]

Həmçinin bax:

[redaktə | vikimətni redaktə et]
  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.